Millət vəkilindən etiraz

Millət vəkilindən etiraz
  23 Mart 2013    Oxunub:1493
Azay Quliyev Avronest Parlament Assambleyasının layihəsinə öz təklif və iradlarını bilidirib.
Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev Avronest Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin "Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair" məruzə layihəsinin müzakirəsində iştirak edib və məruzəyə öz irad və təkliflərini bildirib.

Trend-in məlumatına görə, millət vəkili məruzədə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada əhalinin 30 faizinin milli yoxsulluq xəttindən aşağı həddə yaşaması barədə verilən məlumata etirazını bildirib.

Azərbaycanda yoxsulluğun səviyyəsinin 6 faiz olduğunu bildirən Quliyev məruzə hazırlanarkən yoxsulluq səviyyəsi barədə dəqiq informasiyanın götürülməsini və hər tərəfdaş ölkədə əhalinin neçə faizinin yoxsulluq xəttindən aşağıda yaşadığını məruzəyə əlavə edilməsini təklif edib. Millət vəkilinin fikrincə, bu, hədəfə alınmış problemi daha aydın təsvir etməyə kömək etmiş olar.



Teqlər:  





Xəbər lenti