İranın müştərəklik ideyası

İranın müştərəklik ideyası
  11 Fevral 2013    Oxunub:2274
İran islam ölkələrinin müştərək bazar, müştərək məhkəmə, o cümlədən müştərək ordunun yaradılmasında maraqlıdır.
AzVision.az bildirir ki, bununla bağlı təklifləri İran xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi Trend-ə müsahibəsində bir daha səsləndirib.
O bildirib ki, İslam ölkələri həmişə öz aralarında vəhdətin olmasını istəyib və istəyir. “İslam ölkələri və müsəlman xalqları öz düşmənləri və əcnəbi qüvvələrin çirkli planları qarşısında birləşərlərsə, çoxlu nailiyyət əldə edə bilərlər. Bunu bütün müsəlman ölkələri həmişə istəyib” – deyə nazir müavini bildirib.
O, buna nümunə olaraq isə İslam Əməkdaşlıq Təşkilatının yaradılmasını göstərib. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının iclaslarında həmişə vəhdət və birləşmək, əməkdaşlığın artırılması ideyası gündəmdə olub. Vurğulayıb ki, İƏT-dən başqa, İslam ölkələri arasında vəhdətin yaradılması üçün digər ideyalar da olub. “Bu çərçivədə, İslam ölkələrinin iqtisadi sahədə əməkdaşlığında birlik yaratmaq məqsədilə müştərək islami bazarın təşkili ideyası irəli sürülüb. Həmçinin, İslam ölkələrinin beynəlxalq məhkəmə sisteminin yaradılması ideyası irəli sürülüb. Hər bir sahədə təkliflər irəli sürülüb ki, İslam ölkələri bir istiqamətdə hərəkət etsin və əməkdaşlıq əlaqələrini artırsın. İslam ölkələrinin vahid hərbi alyansının yaradılması da elə bu çərçivədə irəli sürülüb ki, həmin ölkələr hərbi sahədə də bir-birilərinin təcrübəsindən yararlansın və bir istiqamətdə uyğun hərəkət etsin”- deyə İranın XİN rəsmisi müştərək əməkdaşlıq təkliflərini dilə gətirib.


Teqlər:  





Xəbər lenti