Bu yazın dəbi

 Bu yazın dəbi
  26 Mart 2013    Oxunub:1388
Yaz dəbinin hakimi parlaq rənglər olacaq.
Yazın gəlişi tək təbiəti deyil dəb aləmini də rəngləndirdi. Allı-güllü baharın rəngləri artıq geyim və aksessuarlarda özünü biruzə verəcək. Bu Yazın dəbi parlaq rənglər olacaq. Xanımlar geyimlərində parlaq yaşıl, göy, qırmızı və günəş rəngli sarıdan rahatlıqla istifadə edə biləcəklər. Lakin bu zaman akksessuarlar parlaq rəngli də olsa gözə çarpmayacaq dərəcədə kiçik olmalıdır.
Bununla bərabər xanımlar makiyajlarında da sadəliyə üstünlük verməlidir.

Uzun saçlı xanımlar isə sevinə bilərlər. Bu yazın dəbinə uzun saçlar hakimdir. Uzun ətəklər dəbdə olacaq, ayaqqabılara gəldikdə isə dikdaban ayaqqabılara üstünlük verilir. Kişilər də bu yaz parlaq göy və yaşıl rənglərdən istifadə edə bilər. Amma aksessuaerlarda. Belə ki, bu yaz xüsusilə rəngli qalstuklar dəbə hakimdir.


Teqlər:  





Xəbər lenti