Niyə su qaynayır, süd isə daşır?

Niyə su qaynayır, süd isə daşır?
  26 Mart 2013    Oxunub:11844
Çünkü içində süd olan qazança partlamayan qaz köpükcükləri ilə doludur
Sudan fərqli olaraq, süd uzun polimer molekulları ilə zəngindir. Südü qızdırarkən onun səthindəki su buxarlanır, bu molekullar bir-birinə bağlanır və möhkəm örtük qatı yaradır.

Eyni vaxtda südün dibində yaranan köpükcüklərin içərisindəki su da buxarlanır. Bu köpükcüklər böyüyür, onların divarları isə polimer qatla örtülür. Qaynayan zaman südün üzündə yaranan örtük qatı köpükcüklərin səthə çıxmasına mane olur, köpükcüklər suda olduğu kimi partlaya və buxarlana bilmir. Südün qaynama nöqtəsinə yaxınlaşması ilə köpükcüklərin sayı kəskin artır, onlar polimer qatını qaldıran köpüklər yaradırlar. Bu köpüklər xeyli möhkəm olduğundan, partlamırlar.

Səthə qalxan yeni köpükcüklər tezliklə qazanı doldurur və südün qaynamasına imkan vermir. Bununla mübarizə aparmaq, südün “daşmasının” qarşısını almaq üçün onu durmadan qarışdırmaq, örtük qatının yaranmasına imkan verməmək lazımdır.

Ən asan yol isə köpükcüklərin davamlı yaranması və səthə qalxmasını təmin etməkdir. Bunun üçün sadəcə qazançaya üzü üstə qoyulmuş boşqab yerləşdirmək kifayətdir ki, yeni köpükcüklər yaransın və bu zaman süd də su kimi qaynamağa başlayacaq.


Teqlər:  





Xəbər lenti