Afaq Bəşirqızı: “Bu haqda danışmaq istəmirəm”

Afaq Bəşirqızı: “Bu haqda danışmaq istəmirəm”
  28 Mart 2013    Oxunub:2387
Bir müddət əvvəl ürəyindən əməliyyat olunan Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı səhnədən uzaqlaşmışdı.
AzVision.az-a səhhəti ilə bağlı danışan Xalq artisti qeyd edib ki, artıq səhhəti tam normaldır: “İndi çox yaxşıyam. Özümü əla hiss edirəm”.

Bir müddətdir Musiqili Komediya Teatrına qayıtdığını söyləyən Afaq Bəşirqızı qeyd edib ki, yaradıcılığında yeniliklər olacaq. “Yeniliklər olacaq. Amma mən bu barədə də danışmağı sevmirəm”-deyə, Xalq artisti əlavə edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti