Ermənistanı qarışdıran görüntü: Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı - VİDEO

 Ermənistanı qarışdıran görüntü:  Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı -  VİDEO
  01 İyun 2021    Oxunub:4837
İkinci Qarabağ müharibəsi ötən il yekunlaşsa da, Ermənistan cəmiyyətində gərginlik səngimir.
Azvision.az -ın məlumatına görə, indiyədək döyüşlərdə ölmüş erməni hərbçilərin sayı dəqiq açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumatlarda müharibə itkilərinin sayının 6-7 min, əlillərin sayının isə 10 mindən çox olduğu bildirilir.



Hazırda erməni cəmiyyətini ən çox düşündürən problem itkinlərin sayının çoxluğu və hələ də bir çox cəsədlərin qalıqlarının tapılmamasıdır. Bu səbəbdən tez-tez İrəvanda əsgər analarının etiraz aksiyalarının şahidi oluruq. Dünən isə erməni mediasında ölüxanaların soyuducularında yüzlərlə cəsəd qalıqlarının gizlədilməsi ilə bağlı fotolar yayılıb. Görüntülər Ermənistanda ciddi etiraz doğurub. Ölkənin ictimaiyyət nümayəndələri, siyasətçilər itkin düşmüş əsgərlərin cəsədlərinin gizlədilməsi və ölən hərbçilərin adlarının tədricən açıqlanmasını sərt formada tənqid ediblər.

Erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan hesab edir ki, cəsəd qalıqlarının gizlədilməsi hökumətin sifarişidir.

"Ölən hərbçilərimizin qalıqlarının belə şəraitdə saxlanılması ilə əlaqəli Səhiyyə Nazirliyinin izahatını oxudum. Deyirlər ki, bir neçə cəsəd və cəsəd qalığı müvəqqəti olaraq mərkəzin xüsusi izolyasiyalı divarları olan zirzəmisində saxlanılır. Divarların nəmdən uçulmasını görürsünüzmü, adi kauçukdan olan "eurodoor" qapıları və suvaqlı divarlara fikir verdinizmi? Bu, divarlar izolyasiya edilmiş bir cəsəd saxlama sahəsini xatırladırmı? Nikol, oğlanlarımızın qalıqlarını boş anbar otaqlarından birinə doldurub adi qapılar arxasında saxlayaraq bunu izolyasiya otağı adlandırırsınız? İzolyasiyalı xüsusi məkan dediyiniz yerin niyə divarları nəmdən uçulur və suvaqlıdır? Zirzəmiləri yaxşı doldurun, qoy qalıqlar orada qalsınlar...

Bu yaxınlarda qondarma səhiyyə naziri Anahit Avanesyan 1-ci dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olundu. İndi aydındır ki, o hansı "xidmətlər" imiş", - erməni fəal Ermənistan hakimiyyətini tənqid edib.

Xatırladaq ki, sosial şəbəkələrdə və KİV-lərdə məhkəmə tibbi ekspertizanın Abovyan şöbəsində yüzlərlə erməni əsgər cəsədinin plastik torbalarda saxlanılmasına dair görüntülər yayılıb.



Oxşar mövzu:

Minlərlə cəsəd soyuducuda gizlədilib - Erməni hərbçilərin ailələri etiraz edir

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəsəd   Ermənistan   Müharibə   İtkin  





Xəbər lenti