Metyu Brayza: `Ərəb baharı`nın davamı olmayacaq` - EKSKLÜZİV

Metyu Brayza: `Ərəb baharı`nın davamı olmayacaq` - EKSKLÜZİV
  10 Mart 2014    Oxunub:1482
`Mən Suriyadakı dəhşətli müharibənin uzunmüddətli olacağını gözləyirəm. Bəşər Əsəd ölkədə mövqelərini İran və “Hizbullah” terror qruplaşmasının köməyi ilə qoruyur. Amma Suriya müxalifəti qətiyyətlidir və bir çox ölkələrdən olan İslam ekstremistlərindən böyük dəstək alır`.

Bu sözləri AzVision.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

- Rusiya tərəfindən ABŞ-ın diqqətinin yayındırılması məni məyus etdi. Prezident Barak Obama qərar verdi ki, o, Suriyaya qoşunların göndərilməsi üçün çox da güclü deyil və sonradan ABŞ-ın bütün diqqətinin B.Əsədin ölkədə qan tökməsinin qarşısını almasına yönəltdi. O, silahlara nəzarət sazişinin icra olunmasına çalışmaq niyyətində idi, amma bu, insanların ölümünü dayandırmadı,- deyə Brayza qeyd edib.

`Ərəb baharının növbəti qurban kim ola bilər?` sualına cavab verən Brayza deyib ki, növbəti “Ərəb baharı” hərəkatını gözləmir: `Ümid edirəm ki, Tunis dünyəvi ölkə kimi stabilləşməyə davam edəcək. Liviya ümidsiz görünür. Misirdə hadisələr mənim gözlədiyi kimi, zəifləyib: `Müsəlman Qardaşlar`ın demokratiya ilə bağlı “Bir adam, bir səs... bir dəfə” yanaşması yaxşıdır, yəni onların məqsədi seçilmək və Misiri dünyəvi ölkədən İslam dövlətinəə çevirməkdir`.

Əlibəy Dağıstanlı
AzVision.az üçün



Teqlər:





Xəbər lenti