"Kreditlərin qaytarılmasına nəzarət olunacaq" - Nazir (VİDEO)

 "Kreditlərin qaytarılmasına nəzarət olunacaq" -  Nazir (VİDEO)
  18 İyun 2021    Oxunub:4507
"Tələbə krediti vətəndaş üçündür. Tələbənin təhsil aldığı müəssisə lisenziya ilə fəaliyyət göstərirsə, kredit onun müraciəti əsasında veriləcək. Burada dövlət və ya özəl ali təhsil müəssisələri deyə seçim edilməyəcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ilkin mərhələdə kredit tələbə ixtisası daşıyan orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr tələbələrinə veriləcək: "Buna Himayəçilər Şurası qərar verəcək. Bu kateqoriya tələbələr 90 faizdir və demək olar ki, hamısını əhatə edəcək".

Nazir bildirib ki, tələbələr işləyəndən sonra kreditləri qaytarmalıdır ki, digər tələbələr də bundan yararlana bilsin: "Tələbə kreditləri dövlətin mənfəət əldə etdiyi kreditlər deyil. Qaytarılması ilə bağlı nəzarət mexanizmləri olacaq. Lakin burada sosial məsuliyyət də vacibdir".




Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə   Kredit  





Xəbər lenti