Rusiya səviyyəsizlərin ümidinə qalıb

Rusiya səviyyəsizlərin ümidinə qalıb
  11 Fevral 2013    Oxunub:2009
“Görün, Rusiya nə vəziyyətə düşüb ki, onun adından, onun mövqeyindən Söyün Sadıqov kimi səviyyəsiz bir adam çıxış edir, hətta ultimatumlar verir.
Söyün Sadıqov tez-tez Rusiya adından çıxış edirsə, deməli, o, ölkə yaxşı vəziyyətdə deyil”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin (AzerRos) keçmiş prezidenti, hazırda partiya yaratmaqla məşğul olan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuata son ultimativ xarakterli açıqlamasına münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, Söyün Sadıqov siyasət aləmində yeri olmayan adamdır: “Onu özünün də xəbəri olmadan atıblar ortaya, o da ağzına gələni danışır, Azərbaycan hakimiyyəti ilə bağlı proqnozlar və ultimatumlar göndərir. Azərbaycan müstəqil ölkədir və xalq da bütün proseslərdə olduğu kimi, prezident seçkilərində də kimi dəstəkləsə, o da qalib olacaq. Xalq bu gün İlham Əliyevi prezident görmək istəyir və YAP da, digər həmrəy partiyalar da buna hazırdır. Ona görə də Söyün Sadıqovun danışdıqları boş-boş şeylərdir. Azərbaycan xalqı o günə qalmayıb ki, prezident seçkilərini Söyün Sadıqov kimi kiminsə ultimatumlarını bəyan edən birinin proqnozlarına görə keçirsin”.
S.Sadıqovun artıq Azərbaycan cəmiyyəti üçün mənfi imicli insan olduğunu deyən S.Novruzov onun “müəyyən dairələrə birbaşa xidmət etdiyini” bildirib: “Bu açıqlamaları ilə də o dairələrin sifarişlərini yerinə yetirir”.


Teqlər:  





Xəbər lenti