Miqrantlar üçün yeni qayda

Miqrantlar üçün yeni qayda
  02 Aprel 2013    Oxunub:3531
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli 583 nömrəli Fərmanına uyğun olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması aprel ayının 1-dən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasına gələn hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və ya yaşayış sahəsi verən şəxs tərəfindən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları üçün aşağıdakı sənədlər tələb olunur:

- Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket(nümunəsi aşağıda göstərilmişdir);

- Əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmaları üçün ərizə-anket formasını dolduraraq pasportlarının sürəti ilə bir yerdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Qeydiyyata alınmaları ilə bağlı bildiriş almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyata alınmış hesab ediləcəklər.

Ərizəni buradan götürmək olar.



Teqlər:  





Xəbər lenti