Krım böhranı dünyanı necə dəyişə bilər – TƏHLİL

Krım böhranı dünyanı necə dəyişə bilər – TƏHLİL
  02 Aprel 2014    Oxunub:3061
Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva ilə Qərbin münasibətlərində soyuqluq yaranıb. Bu soyuqlaşmanın keçmiş Sovet respublikaları və ətraf ölkələrə də təsir edəcəyi istisna edilmir. Bir, sözlə risk böyükdür. Bəs görəsən Ukrayna böhranı dünya siyasətini və ölkələrarası münasibətləri necə, hansı yollarla dəyişə bilər?

Rusiya nüfuzdan düşüb.

Beynəlxalq məsələlərdə Rusiyanın rolu ən azından müvəqqəti olaraq, azalıb. Moskva “Böyük Səkkiszlik”dən (G8) de-fakto uzaqlaşdırılıb. Onun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına, eləcə də Beynəlxalq Enerji Agentliyinə qoşulmaq təklifləri dondurulub. Moskva ilə Qərb arasında zirvə görüşləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Rusiya prezidenti Vladimir Putinin BRİKS qrupundan (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Qərbin təcridini nisbətən yumuşaltmaq üçün istifadə etməsi cəhdi Çin və Hindistanın Tibet və Kəşmirlə bağlı narahatlığı ucbatından sarsıldı. Belə ki, Çin və Hindistan Krıma analoji vəziyyətin təkrarlanacağından ehtiyat etdilər. BRİKS bəyanatında Qərbin Rusiyaya qarşı sanksiyalarını pisləsə də Krım və Ukrayna ilə bağlı heç bir açıqlama verməyib.

NATO yenidən canlandı.

Aktuallığını itirdiyini düşünən hərbi alyans yenidən fəallaşdı. Birgə hava patrullarının sayı artırıldı, Polşada və Baltikyanı ölkələrdə bayraq nümayişi ilə keçən `müharibə oyunları` gündəmə gəldi. Hazırda Varşava Mərkəzi Avropada raketdən müdafiə sistemləri yerləşdirilməsi işini daha da sürətləndirmək istəyir. Amerikanın təzyiqi altında bəzi Avropa ölkələri hərbi xərclərin azaldılması məsələsinə yenidən baxa bilərlər. İsveç və Finlandiya, Rusiyanı potensial təhlükə kimi qəbul edərək təhlükəsizlik tədbirlərini gücləndirə, NATO ilə daha sıx əməkdaşlıq qura bilər.

Enerji diversifikasiyası

Rusiya neftindən və qazından asılılığın azaldılması tədbirləri fonunda Avropanın enerji xəritəsi yenidən çəkilir. Avropa İttifaqı ölkələri daha məhsuldar təbii qaz terminalları qurmaq, neft kəməri şəbəkəsini daha da təkmilləşdirmək, həmçinin Gürcüstan və Türkiyə vasitəsilə qaz nəqlini inkişaf etdirməyə qərar veriblər.

Avropa İttifaqı neft və qaz ehtiyatlarının üçdə bir hissəsini Rusiyadan alır, həmin qazın 40 faizi isə Avropaya Ukrayna ərazisi ilə nəql olunur. Ola bilsin ki, Avropa bundan sonra öz şist qaz ehtiyatlarını işə salsın, ətraf mühitlə bağlı narahatlıqlara baxmayaraq nüvə gücünü artırsın.

Çin faktoru

Adətən BMT Təhlükəsizlik Şurasında həmrəy olan Çin-Rusiya diplomatik alyansı hazırda seçim qarşısında qalıb: Tərəflər ya birləşərək daha güclü enerji partnyoruna çevrilə və Rusiya neftini Pekinə vuran yeni kəmərlər inşa edə, yaxud da əksinə biri-birindən uzaqlaşa bilərlər. Ola bilər ki, Çin Putinin davranışlarını bəyənməsin və ya sadəcə olaraq iqtisadi cəhətdən zəifləmiş, qismən təcrid olunmuş Moskva ilə əməkdaşlıq etməkdə heç bir fayda görməyərək əlaqələrə son qoysun. Hələlik Çin prezidenti Ksi Jinpinq açıq-aşkar tərəf tutmaqdan çəkinir.

Amerikanın liderliyi

Vaşinqtonun qlobal liderliyi inkişaf etməkdə olan güclərin qalxması ilə zəifləyib, lakin son zamanlar Obamanın sayəsində qismən bərpa olunub. İraq və Əfqanıstan müharibələrindən qaçınaraq, Asiyaya doğru strateji dönüş etməsinə baxmayaraq, hadisələr cənab Obamanı keçmişə qaytardı və Şərq-Qərb böhranı içərisində “azad dünyanın lideri” rolunu oynamağa sövq etdi.

Ötən həftə Brüsseldə avropalılar Obamaya müraciət edərək onlara qaz satmasını xahiş etdilər.Hər iki tərəf Trans-Atlantik ticarət və investisiya paktı üzrə danışıqları sürətləndirməklə bağlı razılığa gəldilər. Buna baxmayaraq, ABŞ strateqləri bildirirlər ki, Vaşinqtonun iqtisadi maraqları və təhlükəsizlik baxımından Çini ələ almaq istəməsi o deməkdir ki, Asiya prioritet olaraq qalacaq və bu istiqamətdə Avropa öz çıxarları üçün hələ çox çalışmalı olacaq.

Almaniyanın liderliyi

Ukrayna məsələsi Berlinin Avropada rolunu daha da gücləndirib. Avro zona böhranının həllini demək olar ki, bütünlüklə öz üzərinə götürən Almaniya artıq dominant iqtisadi gücə çevrilib. Kansler Angela Merkel isə Rusiya prezidenti Putinlə danışıqlarda Avropanın əsas vasitəçisinə çevrilib.

Danışıqlar zamanı Putinin Merkeli məyus etməsi, böhran əleyhinə daha sərt tədbirlərin formalaşmasına yol açdı. Almaniyanın Rusiyadan enerji asılılığını azaltmaq istəyi digər Avropa ölkələri üçün bir etalon olacaq.

Avropa birləşdi

Avropa İttifaqı yenidən birləşdi, ən azından, hələlik. Bu, Avropa liderlərinə bəzi uzun sürən mübahisələrə üstün gəlməyə kömək edə bilər.

Almaniya Parlamentində yaşılların təmsilçisi Rebeka Harms, zarafatla Putini Avropanın birliyi üçün xidmətlərinə görə Charlemagne (Şarlimeyn) mükafatı ilə təltif etməyin hələ çox tez olduğunu desə də, əslində “Avropada yeni müharibə təhlükəsi ilə üzü-üzə qaldıqlarına görə, Aİ ölkələrinin həqiqətən də Rusiyaya qarşı birləşdiyini”,- etiraf etdi. Bəzi Avropa diplomatları deyirlər ki, Polşa avroya qoşulmaq cəhdlərini sürətləndirə bilər.

Mərkəzi Asiya uğrunda mübarizədə Putin və Qərb enerji ilə zəngin Azərbaycanı, Qazaxıstanı, Türkmənistanı və Özbəkistanı dilə tutaraq öz tərəflərinə çəkməyə çalışırlar. Əgər Rusiya iqtisadi cəhətdən zəifləsə, onlar Qərb düşərgəsinə doğru ən azından bir addım atmaq istəyəcəklər.

Amerika-Rusiya əməkdaşlığı

Qlobal təhlükəsizlik məsələlərilə bağlı bəzi əməkdaşlıqlar davam edəcək, çünki, Moskva daha da təcrid olunmaqdan ehtiyatlanaraq, əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Lakin Suriya, İran, Əfqanıstan və ya Şimali Koreya ilə bağlı vəziyyət yenidən gərginləşə bilər ki, Moskva gərginliyin daha da artmasına səbəb olacaq ocaqlara sahibdir. Məsələn, Rusiya Suriya ilə İrana `S-300` hava hücumundan müdafiə sistemi vəd edib.

Krım üzərindən “millətçilik qüruru dalğası” yaratmaqla Putinin gələcəkdə Rusiya lideri olma şansını artırdı. Bu baxımdan o, populyarlığının pik həddinə yaxındır. Lakin Putin, biznesdə uduzan, xarici investisiyalarını itirən, səfər sanksiyalarına məruz qalan, Qərb banklarında hesabları dondurulan maqnatların təzyiqinə tuş gələrsə Rusiyada qeyri-stabillik yarana bilər. Sözügedən maqnatların çoxu hazırda Putinə sadiq görünsələr də, 6 aydan sonra vəziyyət tamam başqa cür ola bilər.

Pol Teylor / The New-York Times
Tərcümə: Səbinə Həsənova / AzVision.az


Teqlər:  





Xəbər lenti