İblis xisləti: Ermənilərin minaladığı Laçın qəbiristanlığı – FOTOLAR

      İblis xisləti:    Ermənilərin minaladığı Laçın qəbiristanlığı –    FOTOLAR
  11 Yanvar 2022    Oxunub:7653
Ermənistanın Azərbaycana qarşı elan edilməmiş mina müharibəsinin qurbanlarının sayı 200-ə yaxınlaşıb və durmadan artmaqda davam edir. Bunlar münaqişə tərəflərinin təkcə keçmiş təmas xəttində yerləşdirdikləri minalar deyil. Erməni terrorçuları tərk etmələri üçün onlara alicənabcasına vaxt verildiyi ərazilərdə də minalar basdırıblar.

Laçın rayonunun işğaldan azad olunması üçün ayrılmış vaxtdan istifadə edən erməni işğalçı kontingenti bu torpağın əsl sahiblərinə maksimum ziyan vurmaq üçün əlindən gələni edib. Məğlubiyyəti ilə barışa bilməyən düşmən nəinki Cenevrə Konvensiyasının I Protokolunun 54-cü maddəsi ilə qadağan edilməsinə baxmayaraq, “torpaqları yandırmaqla” geri çəkildi, həm də gələcəkdə Azərbaycanın dinc və günahsız vətəndaşlarını öldürmək və şikəst etmək ümidi ilə minalar basdırıb getdi.


Bugünlərdə məlum oldu ki, minalar hətta işğaldan azad edilmiş rayonların qəbiristanlıqlarında da basdırılıb. Yəni erməni terrorçuları mərhum azərbaycanlıların rahatlığını belə pozublar...


Erməni tərəfi analoji cinayətlərindən birini də Laçın rayonunun Qaragöl və Cinliqöl göllərinin son zamanlar işğaldan azad olunmuş strateji yüksəkliklərinə, eləcə də Ermənistanla dövlət sərhədində yerləşən Kilsəli dağlarına aparan yeni avtomobil yolu yaxınlığında yerləşən Minkənd kənd qəbiristanlığında törədib.


Qəbiristanlığı xaotik və sistemsiz şəkildə, lakin müəyyən məntiqi ardıcıllıqla minalayıblar. Ermənistanın hərbi-sənaye kompleksinin istehsalı olan piyada əleyhinə minalar qəbiristanlığın mərkəzi cığırına, dağılmış qəbirlərin yaxınlığına və onların aşağı hissələrinə düzülüb ki, laçınlılar həlak olanların xatirəsini yad etməyə və ya dağılmış abidələri bərpa etməyə gələrkən tələyə düşsünlər.


Minkəndi ilk ziyarət edənlərin bəxti onda gətirib ki, qəbiristanlığa yeni yolun kənarındakı kəsə cığırla yaxınlaşıblar. İşğalçılar köhnə girişi bütün perimetri boyunca və bəzi keçidləri minalamışdılar. Əgər qəbiristanlıqda bir tülkünün minanı basması nəticəsində partlayış baş verməsəydi, erməni terrorçularının Azərbaycan Silahlı Qüvvələrinin istehkamçıları tərəfindən bir çox hallarda uğurla dəf edilən iblisanə planı bu dəfə heç kəsin ağlına gəlməyəcəkdi.


Onların fədakar və son dərəcə diqqətli fəaliyyəti sayəsində qəbiristanlıq ərazisində 30-dan çox piyada əleyhinə mina və təzyiqli minaların basdırılması üçün nəzərdə tutulmuş 1 ədəd qurğu zərərsizləşdirildi. Qurğu kənd qəbiristanlığı ərazisinə uzaq məsafədən atılıb. Bütün digər piyada əleyhinə minalar ümumi qaydalara zidd olaraq, utilizasiya sahəsindən çıxarılaraq, məhv edilib. Bu əməliyyat qəbirlərə zərər vurmamaq üçün xüsusi olaraq həyata keçirildi.


Azərbaycan Silahlı Qüvvələrinin kənd ərazisindəki qəbiristanlığın minalardan təmizlənməsi ilə məşğul olan mühəndis-texniki bölməsi mühəndislərinin ekspert rəyinə əsasən, Minkənddə tapılan mühəndis sursatlarının işarələnməsi onu göstərir ki, aşkar edilmiş bütün minalar Ermənistan hərbi sənaye kompleksinin müəssisələrində istehsal edilib və trotili az olduğundan zəif partlayıcı gücə malikdir. Buna baxmayaraq, "qara dul" adlandırılan xain mina ayağın bir hissəsini qopararaq, qurbanını şikəst etmək qabiliyyətini saxlayır.


Erməni terrorçuları minaları quraşdırarkən onların rezin qapaqlarını saxlayan dəmir dirsəkləri çıxarıblar. Bu cinayət hiyləsi mina detektorlarının minaları tapmasını çətinləşdirmək üçün edilib...



Hans Kloss
Nadir Quliyev

AzVision.az



Teqlər: Mina   Ermənistan  





Xəbər lenti