İlham Əliyev: “Bu, məni qane etmir”

İlham Əliyev: “Bu, məni qane etmir”
  14 Fevral 2013    Oxunub:2308
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir.Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik”.
Bu sözləri Prezident İlham Əliyev deyib. Dövlət başçısı hesab edir ki, korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə deyil. “Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır”.
Prezidentin başqa bir məqama da toxunub. Dövlət başçısı bildirib ki, bəzən korrupsiyaya yol verdiyinə görə həbs olunanların müdafiəçiləri ortaya çıxır, müraciətlər edirlər: “Bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar”.
Prezident İlham Əliyev həmçinin, ASAN xidmətini fəaliyyətindən də danışıb. Dövlət başçısı deyib ki, sistem xarakterli islahatlar daha ciddi şəkildə aparılmalıdır: “Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaq. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaqdır. Ən azı! Ola bilər, başqa şəhərlər də ilin sonuna qədər bu sistemlə təmin ediləcəkdir. Növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük”.


Teqlər:  





Xəbər lenti