ABŞ-ın Ukraynaya verdiyi “Puma” PUA-ları nə üçündür?

// Bu aparatlar vacib bir missiya yerinə yetirəcəklər

   ABŞ-ın Ukraynaya verdiyi    “Puma” PUA-ları nə üçündür?
  12 Aprel 2022    Oxunub:6141
Bu yaxınlarda Pentaqon Ukrayna ordusuna növbəti yardım partiyasının tərkibini elan edib. “UNIAN”ın verdiyi xəbərə görə, yardımın miqdarı 300 milyon dollardır və yetərincə uzun silah, hərbi texnika siyahısını nəzərdə tutur. Həmin siyahıda xüsusilə diqqət çəkən məqamlardan biri “Puma” pilotsuz uçuş aparatlarının olmasıdır.

Məsələ burasındadır ki, Ukrayna Silahlı Qüvvələri və hüquq-mühafizə orqanları oxşar pilotsuz uçuş aparatları ilə (“Fury”, “Leleka-100”, “Spectator”, “PD-1” və s.) kifayət qədər təchiz olunub. Onların hamısı təxminən eyni xüsusiyyətlərə malikdir və bəziləri Amerika “Puma”sından üstündür. Ancaq bu pilotsuz təyyarəni yerli istehsaldan fərqləndirən bir amil var.

“Puma” PUA-nın imkanları

“Puma” əslində “AeroVironmen” şirlətinin 2007-ci ildə istehsal etdiyi bütöv bir dron ailəsidir. Aradan keçən müddət ərzində 20-yə yaxın ölkəyə 1000 ədəddən çox satılıb ki, onların əksəriyyəti Alyansa üzv dövlətlərdirlər.


Əlbəttə, “Puma”nı istehsal edənlər son 15 il ərzində yerlərində saymayıblar və öz dronlarını daim təkmilləşdirirlər. Onların ən müasir versiyaları “Puma-3AE” və “Puma-LE”dir.

“Puma 3AE” ölçüsü kiçik olmaqla, bu xüsusiyyətlərə malikdir:

Ölçüləri: qanadlarının genişliyi - 2,8 m, uzunluğu 1,4 m;
Çəkisi: 6,8 kq;
İdarəetmə diapazonu: 20 km (LRTA rabitə sistemindən istifadə edəndə 60 km.-ə qədər);
Havada qalma müddəti: 2,5 saat.


“Puma LE” nisbətən böyük olmaqla, daha yaxşı TTX-ya (taktiki-texniki xarakteristika) malikdir:

Ölçüləri: qanadlarının genişliyi - 4,6 m, uzunluğu - 2,2 m;
Çəkisi: 12,2 kq-a qədər;
İdarəetmə diapazonu: 20 km (LRTA rabitə sistemindən istifadə edəndə 60 km.-ə qədər);
Havada qalma müddəti: 6,5 saata qədər.


“Puma” PUA-nın əsas xüsusiyyəti

Əslində bu dronlar uçuş xüsusiyyətlərinə görə deyil, “gözlərinə”, yəni “Mantis i45N” optik-elektronik sisteminə görə qiymətlidirlər. Bu hər biri 6-qat böyütməyə qadir, düşməni həm gecə, həm də gündüz aşkar etməyə imkan verən adi və termal görüntüləmə kameraları olan ikioxlu, hirostabilləşdirilmiş çoxsensorlu sistemdir.

Amma ən əsası odur ki, “Puma” Ukrayna Silahlı Qüvvələrinin bütün dronları içərisində yalnız “Bayraktar TB2”-nin bacardığı işi görə bilir, yəni yüksək dəqiqlikli silahların nişan alması üçün hədəfləri lazer şüası ilə işıqlandırır. ABŞ-ın yardım paketinə də məhz bu cür ultra-müasir, lazerlə idarə olunan raket silahları daxildir. Demək, “Puma”lar onlara hədəfləri göstərmək üçündür.

N.Quliyev

AzVision.az


Teqlər: Puma   PUA  





Xəbər lenti