Argentinada soyğunçuluq başladı

Argentinada soyğunçuluq başladı
  05 Aprel 2013    Oxunub:1409
Argentinada baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı 60-ı ötüb.
Ən acınacaqlı vəziyyət La-Plata şəhərində yaşanır. Paytaxtdan 63 km aralıda yerləşən şəhərin əksər hissəsi su altında qalıb. Bəzi yerlərdə suyun səviyyəsi 1.7 metrə çatıb. Suyun səviyyəsi düşdükcə yeni cəsədlər ortaya çıxır. Onların əksəriyyəti maşınlarında boğularaq ölənlərdir. Bir çox insanlar isə qırılmış elektrik naqillərinin buraxdığı elektrik cərəyanından dünyasını dəyişib.

Hazırda təbii fəlakətin baş verdiyi ərazidə elektrik enerjisinin bərpası mümkün deyil. 280 minə qədər insan işıqsız qalıb. Ətraf mühitdən təcrid olunan argentinalılar təşviş içərisindədirlər. Aclıqdan əziyyət çəkən insanlar mağazalara hücum edib.

Onlar dükanları talayaraq, sahibkarlara ciddi ziyan vurub. Soyulmaq təhlükəsindən qorunmaq üçün əksər dükan sahiblərinin obyektlərini bağlaması isə insanları aclıqla üz-üzə qoyub. Ölkə rəhbərliyi vəziyyəti nəzarətə götürmək üçün əraziyə hərbi qüvvələr göndərib.


Teqlər:





Xəbər lenti