"İlham Əliyev bizi heyran etdi " - Bişkek məktəbinin direktoru

"İlham Əliyev bizi heyran etdi " -    Bişkek məktəbinin direktoru
  14 Oktyabr 2022    Oxunub:3085
Prezident İlham Əliyev Qırğızıstanda səfərdə olarkən Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasiminə qatılıb. "Heydər Əliyevin xatirəsinə belə yanaşmaya görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına təşəkkürümü bildirirəm" deyən Prezident məktəbin kollektivini Azərbaycana dəvət edib.
AzVision.az Azərbaycanın dahi şəxsiyyətinin adını daşıyan qırğız məktəbinin direktoru Alymkulova Kanykei Zakonbekovna ilə həmsöhbət olub.

- Prezident İlham Əliyevin və Qırğızıstan prezidenti Sadır Japarovun məktəbin açılışı mərasimində iştirak etmələri şəxsən sizdə və məktəbinizin kollektivində hansı təəssüratları yaratdı? Ümumiyyətlə, bu hadisə hansı konkret məqamlarla sizin yaddaşınızda qaldı?
- Özümün və kollektivin adından deyə bilərəm ki, çox həyəcanlı gün idi və təəssüratlarımız çox yaxşı oldu. İki prezidentin Heydər Əliyevin adı verilmiş məktəbin açılışına gəlməsi bizim üçün çox qürurverici hadisədir. Hər kəs çox həyəcanlı idi, eyni zamanda bu tarixi hadisənin şahidi olduğumuz üçün şad idik.


- Prezident İlham Əliyev görüş zamanı sizin kollektivə nələr arzuladı və məktəbiniz haqqında hansı xoş sözləri dedi? Onun özünü sizin məktəbdə nələr cəlb etdi?
- Prezident İlham Əliyevin bura səfəri xoş idi, biz onu çox mehriban və təbəssümlə qarşıladıq. Çox sevindirici və həyəcanlı bir görüş idi. O bizə arzuladı ki, bizim şagirdlər ən savadlı insanlar olsunlar. Şagirdlərə yaxşı təhsil verməyimizi, bizim məktəbdən yaxşı alimlər, yüksək keyfiyyətli mütəxəssislər çıxmasını arzuladı. Vurğuladı ki, biz daha yaxından əməkdaşlıq edəcəyik. Bizi - məktəbin şagird və müəllimlərini Bakıya dəvət etdi. Bizim üçün bu çox xoş idi və çox şad olduq.
Məktəbimizdə belə tarixi hadisələrin olmasına biz həqiqətən də sevinirik. Şəxsən məni İlham Əliyev yüksək intellektuallı və mədəniyyətli bir şəxs kimi heyran etdi. O, çox yaxşı insandır və uşaqlarla çox mehriban davranır. Onunla şəkillər çəkdirdik və bizim uşaqlar onunla ünsiyyətə can atırdılar.

- Qeyd etdiniz ki, İlham Əliyev sizi və kollektivinizin təmsilçilərini Bakıya dəvət etdi. Belə dəvət sizdə hansı təsərrüfatlar yaratdı və siz Bakıya gəlməyi planlaşdırırsınız?
- Əlbəttə ki, sözün yaxşı mənasında bu, bizi heyran etdi. Şəxsən Prezident İlham Əliyevin dəvət etməsi bizi sevindirdi və bu dəvəti biz hamımız alqışladıq. Biz buna şadıq. Bu hər gün olmur. Xüsusilə də, İlham Əliyev kimi möhtəşəm prezidentin bizi dəvət etməsinə biz yaxşı mənada heyrətləndik. Əlbəttə ki, rəsmi sorğu olacağı halda biz istənilən vaxtı Bakıya gəlməyə hazırıq. Bu, çox xoşagələn hadisə və hiss idi.

- Şəxsən prezident İlham Əliyev sizə və kollektivinizə necə təsir bağışladı? Sizcə o strateji düşüncəyə malik müasir lider etalonu sayıla bilərmi?

- Əlbəttə, şübhəsiz ki, İlham Əliyev müasir siyasi lider etalonudur. Çünki o, ağıllı və ziyalı bir şəxsdir. Belə yüksək səviyyədə olmasına baxmayaraq, tamamilə təbii və sadə davranır. Çox xoş idi ki, o, şəxsi söhbətlərdə çox ziyalı şəkildə özünü aparırdı. Böyük erudisiyaya malikdir, bizim ənənələr barədə çox məlumatlıdır. Bu, onun bütün istiqamətlərdə necə dərin biliklərə malik olduğunun və yüksək intellektli insan olduğunun göstəricisidir. O, müasir siyasi lider kimi, çox dilləri və mədəniyyətləri gözəl bilir. Onunla söhbətimizə çox şad idik.

- Son olaraq Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adını daşıyan 20 nömrəli məktəb-gimnaziya barədə öyrənmək istəyirdik. Bu, böyük məktəbdir? Orada təhsilin səviyyəsi və göstəriciləri barədə məlumat verə bilərsiniz? Sizin məktəbdə verilən biliklər təhsil sahəsindəki müasir tələbələrə uzlaşırmı?
- 1969-cu ildən fəaliyyət göstərən məktəbimizdə tədris rus dilində aparılır. Bu il iki növbəli tədris prosesində məktəbin 59 sinfində 1893 şagird təhsil alır. Gələcək nəslin maarifləndirilməsində 92 müəllim iştirak edir ki, onlardan da 17-si “Təhsil əlaçısı” adına layiq görülüb. Məktəbin kitabxana fondu təxminən 22100 nüsxədən ibarətdir. Tədris prosesi iki binada yerləşən 48 təhsil otağında aparılır. Dəfələrlə rayon, şəhər, ölkə və beynəlxalq miqyaslı müsabiqələrdə, yarışlarda və olimpiadalarda mükafatlar qazanmışıq. Burada yaxşı kollektiv işləyir. Reytinq əmsalına görə bizim məktəb-gimnaziya təhsil-tərbiyə kompleksi şəhərin ən yaxşı 20 məktəbi sırasına daxildir. Şəhərin resbublikada lider olduğunu nəzərə alsaq, bu çox yüksək göstəricidir. Biz bu göstəricini də təkmilləşdirməyə çalışırıq.



Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Qırğızıstan  





Xəbər lenti