Çin alimləri Qalaktikamız haqqında təsəvvürü dəyişdilər – ELM

   Çin alimləri Qalaktikamız haqqında təsəvvürü dəyişdilər –    ELM
  16 Oktyabr 2022    Oxunub:3204
Çin alimləri Bizim Qalaktikanın kütləsini hesablayıblar. Araşdırma qrupuna Sansya, Tsyaotun (Şanxay) və digər universitetlərin mütəxəssisləri daxil olub. Onların gəldiyi qənaətə görə, Qalaktikamız Günəşdən 550 milyard dəfə ağırdır.
Maraqlı məqam odur ki, bu nəticə başqa araşdırma qruplarının gəldiyi qənaətdən iki dəfə aşağıdır. Belə ki, indiyə qədərki hesablamalar Qalaktikamızın Günəşdən 1 trilyon dəfə ağır olduğunu göstərmişdi.

Bu o deməkdir ki, Qalaktikada gözlə görünməsə də, qravitasiya təsiri yaradan “qaranlıq maddə”nin miqdarı əvvəl düşünüldüyündən xeyli azdır.

Ümumiyyətlə, Qalaktikanın kütləsini bilmək orada gedən proseslərin dinamikasını anlamaq baxımından xeyli vacibdir. Lakin müşahidələrin məhdudluğu bu vacib göstəricini dəqiq müəyyənləşdirməyə imkan vermir.

Samir Quliyev
AzVision.az



Teqlər: Astrofizika  





Xəbər lenti