Zəngilan əməliyyatının yeni detalı: "Bir anda 40 ermənini öldürdülər"

  Zəngilan əməliyyatının yeni detalı:  "Bir anda 40 ermənini öldürdülər"
  16 Dekabr 2022    Oxunub:3759
Ermənistanın "Mamul" nəşri Zəngilan əməliyyatının yeni detallarını açıqlayıb. Bildirilir ki, 2020-ci ilin 19-20 oktyabrında azərbaycanlılar Zəngilanı işğaldan azad edib, məktəb binasına öz bayraqlarını sancıblar. Bundan bir gün sonra, ermənilərə Zəngilanda xüsusi döyüş tapşırığını yerinə yetirmək əmri verilib. Lakin onlar mühasirəyə düşüblər, 40 nəfər öldürülüb və ya əsir alınıb.

Bu hadisənin ertəsi günü, oktyabrın 22-də isə Artsrun Hovannisyan “Haylur” verilişində Zəngilanda azərbaycanlıların qırıldığını deyərək, bayrağın sancılmasını "dezinformasiya" adlandırıb.

- Başa düşürsünüz, bu nə deməkdir? - Nəşr sual edir. - Əməliyyatımız uğursuz olub, 40 nəfər bir anda öldürülüb, Artsrun isə xalqa deyir ki, buna inanmayın, əslində biz görünməmiş "qələbə" qazanmışıq... Sonra da bu adam müstəntiqə ifadə verəndə deyib ki, yanlışlığa yol veribmiş. 44 gün bizi belə yalanlarla doyurdular, biz isə kor toyuq kimi qidalandıq.

"Mamul" həmçinin tanınmış vəkil Vahan Ovanisyandan sitat gətirərək yazıb ki, "Tezliklə Artsrunun həmin dövrdəki fəaliyyətində vətənə xəyanətlə bağlı cinayət əməllərinin olub-olmamasını müzakirə edəcəyik".

Xatırladaq ki, Vətən müharibəsi zamanı, oktyabrın 20-də kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad edilməsi, Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayılmışdı.

3 gün sonra isə Baş Prokurorluğun Mətbuat xidməti diqqət çəkən məlumat yaydı. Qeyd edilirdi ki, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib: “Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər".

Yeri gəlmişkən, erməni vəkil bu binanı orta məktəb kimi təqdim edib.


Tural Tağıyev
AzVision.az


Teqlər:   Azərbaycan   Zəngilan   Vətən-Müharibəsi   Ermənistan   Qarabağ  





Xəbər lenti