Almanlar “Z” ilə məzələnirlər – FOTOLAR

   Almanlar “Z” ilə məzələnirlər –    FOTOLAR
  16 Dekabr 2022    Oxunub:2669
Bu ilin fevralından avqust ayına qədər Almaniyada 162.000 Ukrayna qaçqını rəsmi qeydiyyatdan keçib və bu say durmadan artmaqdadır. Əhalisinin 66% kirayədə yaşayan Almaniya üçün bu qədər insanı yerləşdirmək böyük problemə çevrildiyindən, yerli idarəetmə orqanları müxtəlif üsullara əl atmağa, vəziyyətdən çıxış yolu tapmağa çalışırlar.

Məsələn Hamburq meriyası qaçqınlar üçün yüzlərlə mobil treyler sifariş edib və onları şəhər ətrafındakı xüsusi olaraq tikilib, elektrik və kanalizasiya ilə təchiz edilən meydançalarda yerləşdirib. 6 nəfərin yaşaması üçün nəzərdə tutulan treylerlərin həcmi 15 kvadratmetrdir, onlar 3 səviyyəli yataq, duş kabinəsi, tualet, paltaryuyan maşın, mikrodalğalı və adi soba ilə təchiz ediliblər.


Ən maraqlısı odur ki, Ukrayna qaçqınları üçün nəzərdə tutulmuş treylerlər işğalın az qala rəmzi simvoluna çevrilmiş "Z" hərifləri ilə "bəzədilib". Bəli, əslində komiks dilində "yatmaq/xoruldamaq" mənasına gələn çox sayda "zzzzz" məhz belə assosiasiya yaradır...


Almanlar deyəsən qaçqınları xüsusi olaraq belə treylerlərdə yerləşdirirlər ki, müharibə bitən kimi qoşqu kimi dağıdılmış ərazilərə yollasınlar.

Hans Kloss
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti