"Azərbaycanı bombalayaq" deyən "ekspert" işdən qovuldu - VİDEO

"Azərbaycanı bombalayaq" deyən "ekspert" işdən qovuldu -    VİDEO
  18 Dekabr 2022    Oxunub:2175
Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov ali təhsil ocağından qovulub.
Mixail Aleksandrov bildirmişdi ki, əgər "rusiyalı sülhməramlılara toxunsalar, Azərbaycan neft və elektrik enerjisi sistemlərini raket atəşi ilə məhv etməliyik". O, bu addımın həm də Qərbə neft tədarükünü dayandırmaq və karbohidratların qiymətlərini qaldırmaq baxımından effektiv ola biləcəyini demişdi.



İnstitutun rəhbərliyi Aleksandrovun bu bəyanatlarını əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirib.


Teqlər:





Xəbər lenti