"Lukaşenko ilə görüşən Putinin oxşarı olub" - Keçmiş KQB zabiti (VİDEO)

    "Lukaşenko ilə görüşən Putinin oxşarı olub" -   Keçmiş KQB zabiti (VİDEO)
  23 Dekabr 2022    Oxunub:2878
"Belarusda təyyarədən düşərək Aleksandr Lukaşenko ilə görüşən Rusiya prezidenti Vladimir Putin deyildi. Bu, onun dublyoru idi".
AzVision.az xəbər verir ki, bu fikri keçmiş KQB əməkdaşı Sergey Jirnov deyib. O qeyd edib ki, Putin artıq paranoikdir:

"Putin yad ölkədə çörək yemir. Dublyoru təyyarədən enəndə Putin başqa "trap"dan düşərək sakit şəkildə 30 il əvvəlki sovet "Jiquli"sində hansısa iqamətgaha gedib. Oxşarı isə Lukaşenko ilə görüşdü, onu öpdü, qucaqladı”- Jirnov deyib.


"Kiyevə nüvə atılsa, ABŞ 15 dəqiqəyə Kremli vuracaq" – Putinin tələbə yoldaşı

Keçmiş KQB zabiti son zamanlar Putinlə bağlı qəribə şeylərin cərəyan etdiyini söyləyib: "Bu, Makronu özündən 7 metr aralıda saxlayan və insanları analiz verməyə, ona yaxınlaşana qədər iki həftə gözləməyə məcbur edən Putindir. Amma indi hamını qucaqlayır, hara gəldi gedir. Onun əsl Putin olmasına əmin deyiləm. Ya da əgər o gerçək Putin idisə, deməli, bu adamda nələrsə qaydasında getmir, nəsə başqa proseslər baş verir”.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Putin   Belarus   Oxşar  





Xəbər lenti