Gülər Əvəzin yanında “yatır”

Gülər Əvəzin yanında “yatır”
  14 Fevral 2013    Oxunub:2441
Sabiq deputat Gülər Əhmədova həbs etdirdiyi, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə kamera qonşusudur.
Sabiq millət vəkili ücün təcridxanada ayrılan kamera 3 ay bundan əvvəl təmir edilib. Kamerada Gülər Əhmədovanın rahatlığı üçün bütün şərait yaradılıb.
Xatırladaq ki, sabiq derutat Gülər Əhmədova fevralın 13-də kiçik oğlu Tamerlanın ad gününü qeyd etməyə hazırlaşarkən həbs edilib.
Səbail Rayon Məhkəməsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, artıq məhkəmə başa çatıb. Gülər Əhmədova 2 ay müddətinə həbs edilib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fakt üzrə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Gülər Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. (Moderator.az)



Teqlər:  





Xəbər lenti