"İran hər an Zəngəzura qoşun yeridə bilər" - Erməni ekspert

 "İran hər an Zəngəzura qoşun yeridə bilər" -  Erməni ekspert
  30 Dekabr 2022    Oxunub:6326
Erməni politoloq Stepan Danielyan ölkəsi və regionda baş verən gərgin proseslərlə bağlı bir sıra diqqət çəkən açıqlamalar verib. O, "24TV"yə müsahibəsində iddia edib ki, Laçın-Xankəndi yolunda baş verən proseslər Zəngəzur dəhlizi ilə bağlıdır.
- Ermənistan bu gün Zəngəzuru əlində saxlaya biləcək gücdə, vəziyyətdə deyil. İran təlimlər keçirməklə bu istiqamətdə baş verə biləcək hərbi əməliyyatlar ehtimalını zəiflədib. Tehran hətta aşkar bəyan etdi ki, sərhəd məsələsi onların qırmızı xətti sayılır. Onlar regionda heç bir sərhəd dəyişikliyinə yol verməyəcəklər. Bu isə o deməkdir ki, İran hər an Ermənistandan soruşmadan Zəngəzura qoşun yeridə bilər,- Danielyan cənub qonşularının yeni müharibə üçün hazırlaşdığını iddia edib.
"Düşünmürəm ki, Ermənistan və İran Zəngəzur dəhlizini əngəlləmək iqtidarında olacaq" - Dövlət başçısı

AzVision.az xəbər verir ki, erməni ekspertin sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır. Moskva ona nəzarət etmək istəyir. Türkiyə və Azərbaycan da dəhlizi öz nəzarətləri altında saxlamaqda maraqlıdırlar. Onların arxasında isə Qərb dövlətləri dayanır.

- Ermənistan Respublikasının bu məsələ ilə bağlı yürütdüyü siyasət aydın deyil. Lakin İrəvanda oturanların Qərb ssenarisi ilə getmək istədikləri göz önündədir. Dəhlizin Qərbin ixtiyarına verilməsi isə elə bu strateji yolu Türkiyəyə vermək deməkdir. Yox, əgər Ermənistan İran və Rusiyanı seçərsə, bu, Qərbin sanksiyaları altına düşmək və münasibətlərin pozulması olacaq. İrəvan Türkiyə variantına üstünlük versə, İran və Rusiyanın düşməninə çevriləcək, - Danielyan vurğulayıb.

Tural Tağıyev
AzVision.az


Teqlər:   İran   Ermənistan   Dəhliz   Zəngəzur  





Xəbər lenti