Ukrayna ələ keçirdiyi rus tanklarını nə edir?

// Ölkə "tank ölüxanası"na çevrilib

 Ukrayna ələ keçirdiyi rus tanklarını nə edir?
  30 Dekabr 2022    Oxunub:3411
Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi dünyada bir çox tarazlıqları pozdu. Rusiya keçirilən referendumlar nəticəsində Ukraynanın şərqindən Krıma qədər uzanan ərazini ilhaq etdiyini açıqlasa da, bir çox ölkə yeni siyasi statusu tanımır. Cəbhədə isə Ukraynanın ötən ilin yayından Rusiyanın irəliləyişini dayandırdığı müşahidə edilməkdədir.
Ukrayna ordusunun problemlərindən biri ələ keçirilən rus tankları və PDM-ləri ilə bağlıdır. Rusiya istehsalı olan "BMP-3" 100 millimetrlik əsas silah və 30 millimetrlik topa malikdir. Ukrayna ordusu bu silahları əldə edəndən bir ay sonra müxtəlif problemlərlə üzləşməyə başlayıb. Həmin maşınların ehtiyat hissələri olmadığı üçün çoxu Xarkovun təmir meydançasındadır.

25-ci Hava Döyüş Briqadasında xidmət edən Vadim Ustymenko tankların 50 faizinin yararsız vəziyyətdə, 20 faizinin isə təmirdə olduğunu bildirib. Təmir işi ilə məşğul olan başqa bir əsgər isə Ukrayna ordusundakı tankların daha çox sovet dövründən qalma olduğunu, rus tanklarındakı hissələrin onlar üçün istifadə edildiyini bildirib.

NATO-nun hədiyyə etdiyi silahların çoxu isə Ukraynada deyil, Polşada təmir edilə bilər. Xüsusilə ABŞ-dan yardım üçün göndərilən silahlar yeni olduğu üçün onların ehtiyat hissələrini əldə etmək də çətindir. Belə olanda təmir etmək də mümkün olmur. Müharibə başlayandan bəri ABŞ Ukraynaya minlərlə "Javelin", tank əleyhinə silahlar tədarük edib. Digər tərəfdən, Ukrayna hava üstünlüyünü əldə etmək üçün tez-tez NATO-dan döyüş təyyarələri tələb edir. "Bayraktar" PUA-lar bu ölkənin cəbhədəki ən böyük üstünlüklərindəndir.

Ələ keçirilən rus tankı Ukrayna anqarına daxil olanda əsgərlər əvvəlcə "Z" işarəsini silməyə çalışırlar. Mexaniklərin fikrincə, ən böyük problem tankda nəyin düz işləmədiyini tapmaqdır. Diaqnoz bəzən təmirdən daha uzun çəkə bilər.

Ukrayna böyük meşəlik əraziyə malik ölkədir. Bu səbəbdən Rusiya istehsalı olan bəzi hərbi maşınlar ağaclarda ilişib. Eyni zamanda, qış mövsümü ilə əlaqədar bəzi hərbi texnikalar qar örtüyü altında qalıblar. Digər tərəfdən, Rusiya tez-tez Ukraynanın elektrik şəbəkəsini hədəfə alır ki, bu da anqarlarda işləyən təmir briqadaları üçün böyük problem yaradır.

Ukrayna üçün digər potensial risk müharibədən sonrakı dövrdə ölkədə bir çox silahların gizli qalmasıdır. Bu silahların yanlış əllərə keçməsi və ya minalanmış ərazilərin təmizlənməsi prosesi son dərəcə həssas məsələlərdir. Keçmişdə Liviya bununla bağlı acı təcrübələrə səhnə olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti