Ayıbdır, tozsoran baxır!

// Daha bir “casus” evinizə ayaq açır

      Ayıbdır, tozsoran baxır!
  09 Yanvar 2023    Oxunub:3876
Məişətimizdə sahiblərini izləyən cihazlar az imiş kimi, biri də bu yandan çıxdı: robot-tozsoranlar. J7 seriyalı “iRobot Roomba” tozsoranının çəkdiyi şəkillərdən biri hazırda Qərbin sosial şəbəkələrində geniş müzakirə olunur. Fotoda heç nədən şübhələnmədən unitazda oturub, həyat haqqında fikirlərə dalan xoşbəxt ev sahibəsi təsvir olunub.
Əslində istehsalçı şirkət gizlətmir ki, “ağıllı tozsoranlar” işlədikləri evdə foto və video çəkilişi aparırlar. Bu, onların işini optimallaşdırmaq üçün lazımdır. Həmin foto və videolar internet vasitəsilə “Scale AI” autsors şirkətinə ötürülür. O şirkətdə isə məlumatlar şəbəkəsinin (Dataset) yaradılması məqsədilə emal olunur. Bu zaman Süni İntellektlə (Aİ) yanaşı, real insanlar da onları görə bilirlər.


Unitazda əyləşən xoşbəxt tozsoran sahibinin şəklini də elə “Scale AI” şirkətinin əməkdaşlarından biri “Facebook” da paylaşıbmış. Ona elə gəlib ki, bu mənzərə çox... ya maraqlıdır, ya əyləncəlidir, ya da hər ikisindəndir.

Nə etmək olar?! Heç nə! Yeni dünya ilə barışmaq. Və imkan daxilində tozsoran olan otaqda sekslə məşğul olmamaq. Ayıbdır axı... Baxırlar!

Tariyel Həsənov
AzVision.az



Teqlər: Texnika  





Xəbər lenti