Vətən Müharibəsində çəkilən ilk kadr

// Hər şey belə başlamışdı...

      Vətən Müharibəsində çəkilən ilk kadr
  16 Yanvar 2023    Oxunub:2328
Bu, 2020-ci il sentyabrın 27-də Vətən Müharibəmiz başlayan gün media tərəfindən çəkilən ilk fotodur. Onu hadisə yerində olan xüsusi reportyor saat 9:45-də lentə alıb və məxsusən AzVision.az -a təqdim edib.
Kadrda Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin artilleriyasının Ağdərə yüksəkliklərindən Tərtərin Qaradağlı və Qapanlı kəndlərinə “Д-30” və “Д-20” top-haubitsalarından zərbələr endirməsi əks olunub.

Sonrakı 44 gündə baş verənlər məhz belə başlamışdı...

Hans Kloss ©
Tərtər, Qaradağlı-Qapanlı yolu / 27. 09. 2020



Teqlər: Vətən-Müharibəsi  





Xəbər lenti