"Zelenski bunkerdə gizlənmişdi, Putinin vədindən sonra çıxdı" - Naftali Bennet (VİDEO)

 "Zelenski bunkerdə gizlənmişdi, Putinin vədindən sonra çıxdı" -   Naftali Bennet (VİDEO)
  05 Fevral 2023    Oxunub:3217
İsrailin keçmiş baş naziri Naftali Bennet müharibənin əvvəlində Rusiya prezidenti Ukrayna müharibəsinin ilk günlərilə bağlı maraqlı bir açıqlama verib. "Kanal 12"yə müsahibəsində Bennet 2022-ci ilin martında Moskvaya səfər etdiyini və Kremldə Putinlə görüşdüyünü deyib.
Söhbət zamanı siyasətçilər digər məsələlərlə yanaşı, Zelenski ilə bağlı mövzuya da toxunublar. İsrailin keçmiş baş nazirinin sözlərinə görə, Ukrayna prezidentinin təhlükə altında olduğunu və həmin vaxt bunkerdə gizləndiyini bilirib.

- Görüş başlayandan üç-dörd saat sonra mən Putindən soruşdum: "Düzünü deyin, siz onu öldürməyə hazırlaşmırsınız ki?"
O isə “Mən Zelenskini öldürməyəcəyəm” cavabını verdi.
- Aydınlaşdırmaq istəyirəm, mənə söz ver ki, Zelenskini öldürməyəcəksən,- dedim. O, belə cavab verdi: “Mən Zelenskini öldürməyəcəyəm!"



Bennet bildirib ki, artıq hava limanına gedərkən Ukrayna prezidentinə zəng vurub və onu təhlükənin gözləmədiyini bildirib. Bundan sonra Zelenski heç nədən qorxmadığını deyərək, iş otağından video çəkib paylaşıb.

İsrailli siyasətçi əlavə edib ki, Ukrayna prezidenti də güzəştə gedib: “Zelenski NATO-ya üzv olmaqdan imtina etdi. Bu, hər iki tərəf üçün böyük bir güzəşt idi”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Pərdəarxası   Zelenski   Putin  





Xəbər lenti