Sumqayıt prokurorluğunda Heydər Əliyev tədbiri

Sumqayıt prokurorluğunda Heydər Əliyev tədbiri
  10 Aprel 2013    Oxunub:7670
Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq, aprelin 10-da Azərbaycan xalqının milli lideri Heydər Əliyevin 90 illik yubileyi Sumqayıt şəhər prokurorluğunda qeyd edilib.
Sumqayıt şəhər və hərbi prokurorluqları, bölgə rayon prokurorluqları əməkdaşlarının, həmçinin Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri və şəhər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilən seminar-məşğələni şəhər prokuroru Dağlar Zeynalov açaraq xalqımızın milli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü möhtəşəm işlər barədə məlumat verib.

Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Malik Səlimovun ulu öndərin Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə geniş məruzəsi dinlənilib.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətilə bağlı YAP Sumqayıt şəhər təşkilatının sədri və digər natiqlər çıxış ediblər.


Teqlər:  





Xəbər lenti