Novruzdan Novruza hərbi uğurlarımız – Ədalət Verdiyevin yazısı

// Tarixi torpaqlarımızı daha tez qucaqlayacağıq...

   Novruzdan Novruza hərbi uğurlarımız –    Ədalət Verdiyevin yazısı
  20 Mart 2023    Oxunub:10501
Artıq 3-cü ildir ki, Novruz bayramını qalib xalq və qalib vətəndaş kimi qarşılayırıq. Bu Qələbənin memarı Ali Baş Komandan, əsas qəhrəmanları Azərbaycan Silahlı Qüvvələrində xidmət edən igidlərimiz oldu. Tarixi Qələbənin ən ağır yükünü isə şəhidlərimiz, qazilərimiz və veteranlarımız daşıdı.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan keçən ilin Novruz bayramından bugünə qədər xeyli nailiyyətlər əldə edib. Onların arasında ən vaciblərini sadalayaq:

1. Fərrux əməliyyatı;
2. Sarıbaba və Qırxqız əməliyyatları;
3. Buzdux əməliyyatı;
4. Laçın, Sus və Zabux kəndlərinin azad edilməsi;
5. Laçında Azərbaycan Prezidenti tərəfindən Bayrağımızın qaldırılması;
6. Sentyabrda "Qətiyyətli cavab" əməliyyatı, 11 stratei yüksəkliyin və 74 döyüş mövqeyinin 10 saatda düşməndən təmizlənməsi;
7. Tarixi torpaqlarımıza geniş nəzarət imkanlarının əldə edilməsi;
8. Şərqi Zəngəzurda hərbi və mülki infrastruktur layihələri;
9. Düşmənin mümkün təxribalarını və manevrlərini məhdudlaşdırmaq üçün zəruri ərazi və yüksəkliklərdə bölmələrin (silahların) yerləşdirilməsi;
10. ATƏT-in Minsk qrupunun birdəfəlik dəfn olunması;
11. Ermənizmin dayaqlarının sarsıdılması, "Böyük Ermənistan" ideyasının və "Qarabağın statusu" məsələsinin gündəmdən çıxarılması prosesinin başa çatdırılması;
12. İrana və Fransaya anladıqları dildə layiq olduqları cavabların verilməsi;
13. Azərbaycan XTQ-sinin dunya sıralamasında ilk pillələrdə yerini qoruması;
14. Türkiyə və İsrail ilə hərbi, hərbi-texniki və digər sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi;
15. "Şuşa Bəyannaməsi"nin praktiki tətbiqi;
16. Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin Azərbaycanda fəaliyyətə başlaması;
17. Ermənistanla əvvəllər əməkdaşlıq edən ölkələrlə yaxın əlaqələrin yaradılması;
18. Azad olunan ərazilərə "Böyük Qayıdış”ın genişlənməsi;
19. Şəhid ailələrinin və əlillərin daim diqqət mərkəzində saxlanılması;
20. Türk ordu modelinə keçidin uğurla davam etdirilməsi;
21. Dövlət və sərhəd təhlükəsizliyinin prioritet olaraq qalması;
22. Müdafiə və Təhlükəsizlik xərclərinin davamlı artırılması;
23. Komando hissələrinin sayının çoxaldılması;
24. Şərqi Zəngəzurda və Qarabağda yeni hərbi hissələrin yerləşdirilməsi, onların müasir infrastrukturla təminatı;
25. Mülki fəalllarımızın milli maraqlar və ekologiyamız uğrunda Əsgərimizə layiq şəkildə davranması;
26. Vətəndaşlarımızın Şuşaya, Laçına, Hadruta və Tuğa kütləvi şəkildə qayıtması üçün intensiv hazırlıqlar.

Sadalananlardan da görünür ki, keçən ilin Novruz bayramından bu ilin Növruz bayramına qədər çox sayda nailiyyətlərə imza atmışıq. Novruzun bu dəfə də bizə yeni nailiyyətlər gətirəcəyinə əminəm.

Bizə düşərli olan Novruz bayramı münasibətilə şəhid ailələri başda olmaqla o taylı-bu taylı bütün azərbaycanlıları, Ali Baş Komandanımızı,
dostlarımızı və müttəfiqlərimizi təbrik edirəm. Bütün Türk dünyamıza müvəffəqiyyətlər və firavanlıq arzu edirəm.

Vətən müharibəsindən sonra həm müharibəyəqərki döyüş potensialını bərpa edən, həm onminlərlə hərbçini mürəkkəb iqlim və relyef şəraitində yeni mövqelərə yerləşdirən, həm düşmən tərəfindən dağıdılmış ərazilərimizi bərpa edən, həm də minaların təmizlənməsinə böyük vəsait xərcləyən Azərbaycanımız üçün cəmi 1 il ərzində yuxarıda sadalananları həyata keçirmək kifayət qədər böyük uğurdur. Amma hədəflərimiz daim yenilənir. Bir gözümüz Xocalı və Xankəndidə, bir gözümüz isə tarixi torpaqlarımız olan Zəngəzur və İrəvandadır.

Təbii ki, bunlar asan hədəflər deyil, amma həyata keçirilməsi mümkünsüz də deyil. Əgər Göycə gölünə, İstisu və ya Qarakilsənin yaxınlığına qədər gedib, orada Bayrağımızı qaldırmışıqsa, amma Agdərənin və Xocalının erməni silahlılarından təmizlənməsində qismən təmkinlə davranırıqsa, deməli, bunun müəyyən səbəbləri var. Onların əksəriyyətini də Ali Baş Komandanımızın bu il aradan qaldıracağına heç bir şübhəm yoxdur.

Bunun üçün ilk növbədə biz də vətəndaş olaraq özümüzdə inam, qətiyyət və iradə tapmalı, Ali Baş Komandanımızın və Silahlı Qüvvələrimizin daim yanında olmalıyıq. Müharibədə bizi qalib xalq edən faktorları unuda bilmərik. Məqsədlərimizə aparan yola qətiyyətlə davam edəcəyimiz təqdirdə tarixi torpaqlarımız bizi daha erkən qucaqlayacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Azərbaycan-Ordusu   Ordumuz  





Xəbər lenti