Ermənilərə iki gün vaxt verməliyik! – Ədalət Verdiyevin yazısı

// Əsgərimizə dəyən təpiklər "Dəmir Yumruq" şəklində ləyaqətsiz düşmənin başına endirilməlidir

   Ermənilərə iki gün vaxt verməliyik! –    Ədalət Verdiyevin yazısı
  13 Aprel 2023    Oxunub:10952
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş əsgərlərimizin - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Azərbaycana qaytarılması üçün Ermənistana maksimum 2 gün vaxt verilməlidir.
İtkin düşən əsgərimiz Axundov Hüseyn Əhliman oğlunun əsir götürülərkən çox sayda erməni tərəfindən əl-qolunun bağlanaraq vəhşicəsinə döyülməsi 1949-cu ilin avqustun 12-də qəbul edilən III Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.

Yalnız azərbaycanlı olduğuna görə əsgərimizin fiziki toxunulmazlığı pozulub. O, qəddarcasına döyülüb, ağır işgəncələr verilib. Bu işgəncələr onun qətllinə, yaxud şikəst edilməsinə hesablanmış addımlardır. Böyük ehtimalla, erməni tərəfi bir çox açılmayan cinayətləri əsgərlərimizin üzərinə atmaq üçün əlindən gələni edəcək.
"Balama işgəncə verməsinlər" - Əsir Hüseynin anası

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dərhal əsgərlərimizi ziyarət etməli, onları ailələri ilə GÖRÜNTÜLÜ danışdırmalı, onların sağlamlıq vəziyyəti haqqında AKT tərtib etməli və ƏLLƏ yazılmış məktub gətirməlidir. 2 gün ərzində əsgərlərimizin qaytarılmayacağı təqdirdə BQXK-nın və RSK-nın Xankəndi ilə humanitar əlaqələri məhdudlaşdırılmalı, bütün hərbi təsir mexanizmləri isə salınmalıdır.

Ermənilərin insan ləyaqətinə qarşı növbəti təhqiramiz və alçaldıcı davranışları cəzasız qala bilməz. Onların şəhid Mübariz İbrahimovun əli-qolu bağlı cəsədi ilə necə davrandıqlarını da unutmamışıq. Beynəlxalq təşkilatların reaksiyası Xocalı soyqırımı və digər qətliamlara olan reaksiyadan fərqlənməyəcək. 3890 nəfər itkin məsələsini dilinə almayanlardan müsbət heç nə gözləmirəm. Bu yolda yalnız Ali Baş Komandanımıza, qəhrəman Silahlı Qüvvələrimizə və xalqımızın dəstəyinə güvənməliyik.


Əsgərimizin verilən müddət ərzində qaytarılmayacağı təqdirdə Müdafiə Nazirliyi döyüş meydanında düşməni anladığı dildə "başa salmaq" məqsədilə dərhal fəaliyyətə keçməlidir.

Yaralı erməni əsgərin yarasını sarıyan və onu hərbi hospitalda ziyarət edən Azərbaycan zabitinin davranışına qarşı əsgərimizin əl-qolunu bağlayaraq başına təpiklə zərbə endirənləri cəzalandırmaq Müdafiə Nazirliyinin müqəddəs vəzifə borcudur. Bu təpiklər "Dəmir Yumruq" şəklində ləyaqətsiz düşmənin başına endirilməlidir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Ermənistan   Vəhşilik  





Xəbər lenti