Onun sonu

// “Windows 10” erası başa çatır

   Onun sonu
  07 May 2023    Oxunub:4957
“Windows 10” əməliyyat sistemi üçün nəzərdə tutulan “22H2” yenilənmə paketi sonuncu olacaq. 2025-ci ilin oktyabrın 14-də “Microsoft” bu əməliyyat sisteminin dəstəklənməsini rəsmən dayandıracaq.
Şirkətin məhsullar üzrə baş meneceri Ceyson Leznek istifadəçiləri ilk fürsətdəcə “Windows 11”ə keçməyə çağırıb. Bundan sonra “Microsoft” əsas diqqətini məhz həmin əməliyyat sisteminin yenilənməsinə və təhlükəsizliyin təmin edilməsinə yönəldəcək.

Lakin bu keçidin qısa zamanda baş verəcəyi inandırıcı deyil, çünki hazırda kompüterləin 73%-dən çoxu “Windows”in 10-cu versiyası ilə işləyirlər.

“Windows 11”ə gəlincə, “Microsoft” elan edib ki, 2024-cü ilin ikinci yarısında əməliyyat sisteminin “Enterprise Edition LTSC” və “Internet of Things Enterprise Edition LTSC” versiyaları çıxacaq. Şirkət bu versiyalara xidməti ən azı 2030-cu ilə qədər davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, “Windows 10” ƏS 2015-ci ildə təqdim edilmişdi. “Windows 11” isə 2021-ci ilin payızında istifadəyə verilib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Texnologiya  





Xəbər lenti