Daha 4 general həbs olundu

Daha 4 general həbs olundu
  14 Fevral 2013    Oxunub:2031
Türkiyədə 28 fevral istintaqı çərçivəsində ifadə verən 5 generaldan 4-ü həbs olunub.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, Ankara 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, admiral Hayri Bülent Alpkaya, general-leytenant Köksal Karabay və vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. General-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.
Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş “müasir” hərbi dövlət çevrilişi barədə keçən il istintaq başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksək rütbəli hərbçi həbs olunmuşdu.


Teqlər:  





Xəbər lenti