`Putin Sarkisyana güvənmir və Azərbaycanı silahlandırır`

`Putin Sarkisyana güvənmir və Azərbaycanı silahlandırır`
  06 İyun 2014    Oxunub:1461
`Məlumdur ki, hələ ötən ilin avqustunda Putinin Bakıya səfəri zamanı Rusiya Azərbaycanla bu ölkədə hərbi-sənaye kompleksinin yaradılması haqqında yeni hərbi-texniki saziş imzalayıb. Rusiyalı ekspertlərin bu sazişin dəyərini 4 milyard dollar olaraq qiymətləndirilər. Eyni zamanda Rusiya Azərbaycanda 700 milyon dollar həcmində silah və sursatı satıb`. Bu sözlər Ermənistanın `Jam` qəzetində dərc olunan məqalədəndir.

Məqalədə daha sonra deyilir ki, bir neçə gün əvvəl Rusiya Azərbaycana 100-dən çox müasir `T-90S` tankları satdı və bu ilin sonuna kimi bu qədər tankın da satılacağı gözlənilir. Lakin ən narahatedici fakt budur ki, Rusiya yaxın vaxtlarda Azərbaycan tərəfindən sifariş edilən 18 ədəd TOS-1A «Солнцепек» raket komplekslərini bu ölkəyə göndərəcək.

`Nəzərinizə çatdıraq ki, bu raket kompleksləri yalnız hücum xarakterlidir və son 23 ildə Rusiya ilk dəfə Azərbaycana bu növ silah satır. Daha qorxulusu isə budur ki, Ermənistanda hələ ki, bu cür silahlara qarşı müdafiə kompeksləri yoxdur`,- məqalədə bildirilir.

Qəzet Moskvadakı mənbələrinə əsaslanaraq iddia edir ki, bu müqavilənin imzalanmasından sonra rəsmi Yerevan Kremlə güzəştli qiymətlərlə müvafiq müdafiə kompleksinin göndərilməsini təklif edib. Lakin rəsmi Moskva buna rədd cavabı verib: `Bizim Moskvadakı mənbələrimiz bu faktı onunla izah edir ki, Rusiyanın hazırkı prezidenti və onun yaxın ətrafı Serj Sarkisyana, onun son üç il ərzində apardığı xarici siyasət kursuna, Avropa İttifaqı ilə apardığı gizli danışıqlara etibar etmirlər. Son 23 ildə ilk dəfə Rusiyada hakimiyyətdə olan hakim təbəqə anlayıb ki, Ermənistanın əlinə düşən ilk fürsətdəcə Moskvanın nəzarətindən çıxacaq. Məhz bundan sonra Moskvada Rusiyanın Cənubi Qafqazdakı siyasətinə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Rusiya Ermənistan və Azərbaycanla olan münasibətlər balansını Azərbaycanın xeyrinə dəyişmək istəyir.

Moskvada yaxşı anlayırlar ki, balansın Azərbaycanın xeyrinə dəyişdirilməsi genişmiqyaslı müharibənin başlanmasına və Ermənistanın süqutuna səbəb ola bilər. Bizim mənbəmiz iddia edir ki, məhz buna görə, rəsmi Moskva Azərbaycanının gücləndirilməsi ilə yanaşı, Ermənistanın deyil, məhz bu ölkədə yerləşdirilən Rusiya bazasının gücləndirilməsinə qərar verib.

Bizim mənbə bildirir ki, Serj Sarkisyanın prezident postundan getdikdən sonra belə, Ermənistan Moskvanın etibarını bərpa etmək üçün ağır yoldan keçməli olacaq. Azərbaycandan fərqli olaraq, Yerevan alternativ müdafiə resurslarına malik deyil. Bu mənada, rəsmi Bakıdan fərqli olaraq, Yerevanın Mosva ilə münasibətlərindəki problemin həll edilməsi çətindir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti