Bir il əvvəlki "Qətiyyətli cavab" – FOTOLAR

   Bir il əvvəlki "Qətiyyətli cavab" –    FOTOLAR
  14 Sentyabr 2023    Oxunub:3689
Vətən Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ən ciddi hərbi toqquşma 2022-ci ilin sentyabrında olmuşdu. Həmin ilin avqustunda Laçını Azərbaycana tam təhvil verəndən sonra Ermənistan hakimiyyəti daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya əl atmışdı.

Təxribatın qarşısının alınması məqsədilə Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, mühüm yüksəklikləri nəzarətə götürdü.


Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı ilə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Düşmənin xeyli sayda hərbi texnikası, 200 nəfərə yaxın canlı qüvvəsi, onlarla postu məhv edildi.


“Qətiyyətli cavab” əməliyyatı zamanı ümumilikdə 80 hərbçimiz şəhid oldu. 282 hərbi qulluqçu yaralandı və müxtəlif dərəcəli bədən xəsarətləri aldı.


Fotolarda Laçının Kilsəli dağ istiqamətində yerləşən 3253.5 saylı adsız yüksəkliyin ətəyini görürsünüz. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçirdiyi "Qətiyyətli cavab" əməliyyatı çərçivəsində düşmən mövqeyi şəxsi heyətilə bərabər məhv edilərək, bu hala düşüb.



Hans Kloss
AzVision.az üçün


Teqlər: Ordu   Qətiyyətli-cavab  





Xəbər lenti