“Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə çalışacaq” - Vladimir Bekiş

   “Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə çalışacaq” -    Vladimir Bekiş
  01 Oktyabr 2023    Oxunub:2010
“Düşünürəm ki, Rusiya Ermənistandakı daxili qarşıdurmaları idarə edərək müxalifətin güclənməsi, hadisələrin iğtişaşlara və qiyamlara qədər yüksəlməsi üçün hər şey edəcək. Hökuməti dəyişməyə çalışacaq. Ermənistana hərbi təzyiqləri də artıracaq və bu zaman hansısa özəl hərbi qurumlardan istifadə edəcək”.
Bu sözləri AzVision.az -a açıqlamasında rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik üzrə ekspert Vladimir Bekiş deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində regionda vəziyyət dəyişib və dəyişməkdə davam edəcək. Hər kəs, o cümlədən də Ermənistan bu vəziyyətdən öz marağına uyğun istifadə etməyə çalışır. İrəvan buna Rusiyanın orbitindən çıxmaq imkanı kimi yanaşır.

Ekspertin fikrincə, belə vəziyyətdə Güney Qafqazda mühaibə riskləri də xeyli arıtr.

Samir Nuriyev

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti