Maksim Şevçenko: "Ermənistan yenidən Qərbi Azərbaycana çevrilə bilər"

      Maksim Şevçenko:    "Ermənistan yenidən Qərbi Azərbaycana çevrilə bilər"
  04 Oktyabr 2023    Oxunub:2228
Ermənistan parlamentinin Beynəxlalq Cinayət məhkəməsinin (BCM) Roma statutunu təsdiqləməsi Rusiyada İrəvanın açıq-aşkar Moskvaya qarşı satqınlıq mövqeyi tutması kimi qiymətləndirilib. Maraqlıdır ki, yalnız Rusiya hakimiyyətinin adeptləri yox, həm də bir sıra məsələlərdə müxalif mövqedə dayanan ekspertlər də analoji mövqedən çıxış edirlər.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsini birmənalı şəkilkdə dəstəkləməkdən imtina edən və bəzi məsələlərdə Kremlin siyasətinə qarşı narazılığını bildirən rusiyalı jurnalist, ictimai-siyasi xadim və publisist Maksim Şevçenko Ermənistan parlamentinin Roma statutunu təsdiqləməsinin mümkün nəticələri barədə maraqlı fikirlər səsləndirib.

Dünyada mövcud olan münasibətlər sistemində və qanun-qaydalarda dərin dəyişikliklərin baş verdiyinə əminliyini bildiriən məşhur analitik, Roma statutu barədə Ermənistan parlamentinin çıxardığı müsbət qərarın bu ölkə üçün neqativ nəticələrə səbəb olacağını istisna etməyib.

“Baş verənlər dünyadakı münasibətlər sisteminin tamamilə sındırılmasıdır. Bu və ya digər dövlətlərin parlamentlərinin qərarları geriyə dönüşü mümkünsüz edə bilər. Haaqa məhkəməsinin orderinin Ermənistan ərazisində etibarlı sayılması, Ermənistanı qlobal münaqişəyə sürükləyə bilər”, - Şevçenko deyib.

Azərbaycanla münaqişənin artıq suveren dövlət kimi Ermənistanın mövcudluğunu sual altına qoyduğunu qeyd edən analitik bildirb ki, bu məsələ Erməınistanın adının “Qərbi Azərbaycan” və ya “İrəvan xanlığı” adına dəyişdirilməsi ilə nəticələnə bilərdi.

Onun sözlərinə görə, Ermənistan parlamentinin qərarı hansısa beynəlxalq hüquqi sənədin qəbulu yox, Avropa İttifaqının (Aİ) vassallığını qəbul etmək barədə anddır.

Aİ-nın beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün kiçik müttəfiqlər axtardığını deyən rusiyalı publisist, Ermənistanın rastlaşa biləcəyi riskləri diqqətə çatdırıb.

- Aİ indi Qafqaza girir... Onlar doğurdanmı düşünürlər ki, Türkiyə və Rusiya buna dözəcəklər? Ermənilər, belə yanaşma ilə, ola bilsin ki, sizə Azərbaycanın və ya Osmanlı imperiyasının bir hissəsi olmaq lazım gələcək - Şevçenko deyib.

Rusiyalı ekspert bu minvalla Ermənistanın beynəlxalq aləmdə gedən oyunlarda “xırda pul”a çevriləcəyi riskini də istisna etməyib.

“Yəni Ermənistan özünün Roma statutu ilə İranamı söykənəcək? İran mollalarına? Həmin mollalara ki, maraqları necə tələb edirsə, özlərinin Moskvadakı, Ankaradakı və ya Qərbdəki tərəfdaşları ilə Ermənistanın hesabına sövdələşmə aparacaqlar?”, - Şevçenko sual edib.

Əslində, məşhur rusiyalı jurnalist və ictimai-siyasi xadim Maksim Şevçenkonun qoyduğu suallar ritorikdir. Amma bu suallar ilk növbədə son bir neçə əsrdə, hətta elə indinin özündə də erməniçlik ideoloqlarından daha çox erməni olmağa çalışan rusiyalı siyasətçilərə, siyasətbazlara, bəzi deputatlara, məmurlara, jurnalistlərə və aparıcılara, habelə “ictimai-siyasi” xadimlərə ünvanlanmalıdır.
Daha doğrusu, hansı səbəbdən Rusiyanın dövlət mənafeyini və geosiyasi maraqlarını erməniçilik ideoloqlarının girovuna çevirdikləri barədə onlardan çox sərt hesabat tələb olunmalıdır.

Bu siyahıda birinci yerdə Rusiyanın dövlət telekanalında öz verilişini erməni əsilli “rusiyalı” ekspertlərin meydançasına çevirən teleaparıcı Vladimir Solovyov və Rusiya parlamentinin uzunömürlü deputatı Konstantin Zatulin dayanırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şevçenko   Ermənistan  





Xəbər lenti