"Baş katibin üzünə efir sıçradıb": Stalinin müəmmalı ölümü

"Baş katibin üzünə efir sıçradıb":  Stalinin müəmmalı ölümü
  17 Oktyabr 2023    Oxunub:2510
Rəsmi tarixi mənbələrə əsasən İosif Vissarionoviç Stalin 1953-cü il martın 5-də beyninə qansızmadan vəfat edib. Lakin bir çox tarixçilər Stalinin təbii səbəblərdən ölmədiyinə inanırlar. Mütəxəssislər arasında məşhur olan bir versiya zəhərlənmə ilə bağlıdır. Belə ki, naməlum qadın zəif təsir göstərən zəhəri vurmaq üçün Stalinin üzünə efir səpib.
Hətta İosif Vissarionoviç beyninə qansızmasından ölməsi versiyasiyasına o vaxt heç də hər kəs inanmırdı. Jurnalist Nikolay Anisin "Stalindən Putinə" kitabında qeyd edir ki, Stalinin oğlu Vasili atasının vəziyyətinin pisləşməsi zamanı artıq mümkün zəhərlənmə faktından danışıb.

1953-cü ilin mart ayından sonra məxfiləşdirilən hesabatlar göstərir ki, Stalinin zəhərlənməsi ilə bağlı şayiələr nəinki ona yaxın olan şəxslər, hətta sadə vətəndaşlar arasında da sürətlə yayılıb. Jurnalist Leonid Mleçinin sözlərinə görə, bu mövzunu müzakirə edərkən Lavrentiy Beriyanın adı tez-tez hallanır. Ehtimal olunur ki, Beriya Stalinin onu aradan götürmək planlarından xəbərdar olub və lideri qabaqlayıb.

Tarixçilər hesab edirlər ki, bu süjetdə qatil də iştiak edib. O dövrün daha nüfuzlu sovet xadimlərinin xatirələrində İosif Stalinin Lavrentiy Beriyanın əmri ilə aradan qaldırılması ilə bağlı məlumatlar saxlanılır. Məsələn, "22 ölüm, 63 versiya" nəşrinin müəllifi Lev Lurie iddia edir ki, Vyaçeslav Molotov 1953-cü ildə 1 May şənliyində Mavzoleyin kürsüsündə dayanan Beriyanın ona necə etiraf etdiyini söyləyib: "Mən onu aradan götürdüm".

Sovet tarixçisi Abdurahman Avtorxanov iddia edir ki, Stalini öldürmək əmrini ya Lavrentiy Beriyanın adyutantı, ya da onun əməkdaşlarından biri yerinə yetirib. "Sözügedən naməlum qadının liderə sənədləri olan qovluq gətirdiyi və o, kağızların üstündə əyilən zaman üzərinə uçucu maye vurduğu qeyd edilir. Ehtimal olunur ki, bu efir olub və Stalin onun təsirindən huşunu itirib", "Русская семёрка" nəşri qeyd edib.

Həmin qadın bu ssenaridə mühüm rol oynayıb. İosif Stalin huşunu itirdikdən sonra Lavrentiy Beriyanın işçisi ona yavaş təsir göstərən zəhərli bir neçə iynə vurub. Sonrakı günlərdə Stalin artıq yataqda uzananda həmin qadın tibb işçisi adı altında ona kiçik dozalarda zəhər yeritməyə davam edib. Bu, İosif Vissarionoviçin dərhal ölməməsi üçün lazım idi. Çünki onun ölümünün təbii səbəbləri ilə bağlı heç kimin zərrə qədər şübhəsi olmamalı idi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti