Dünyanın ən yaşlı iti öldü

Dünyanın ən yaşlı iti öldü
  23 Oktyabr 2023    Oxunub:1799
Dünyanın ən uzunömürlü iti kimi Ginnesin Rekordlar kitabına düşmüş Bobi 31 yaşında ölüb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Portuqaliyada uzunömürlü it rekordlar kitabına düşdü - VİDEO
"Bobi 31 il 165 gün yaşadı. O, oktyabrın 21-də Portuqaliyanın Konkeyruş kəndində ölüb. Heyvan bütün ömrünü Kosta ailəsi ilə birgə keçirib", - Ginnesin Rekortlar kitabının saytında yazılıb.
Qeyd olunur ki, Bobinin ölüm xəbəri onun baytarının sosial şəbəkələrdəki paylaşımından sonra məlum olub.

Xatırladaq ki, 2023-cü ilin fevral ayında Portuqaliyada saxlanılan Bobinin ən uzunömürlü it kimi Ginnesin Rekordlar kitabına düşməsi barədə məlumat yayıldı. O vaxt onun 30-dan çox yaşı vardı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İt   Portuqaliya  





Xəbər lenti