Paketə görə müştərinin qulağını dişlədi, 3 il iş aldı
Hadisə “Pyateroçka” mağazasında baş verib.
"Yerli sakin axşam saatlarında ora alış-veriş etmək üçün gəlib və kassada başqa bir müştəridən ona selofan paket almasını tələb edib.
Bu tələbdən təəccüblənən müştəri selofan almaqdan imtina edib. Yaranmış mübahisə tez bir zamanda davaya çevrilib. Tanımadığı adamdan paket tələb edən aqressiv vətəndaş müştərini divara sıxaraq onun sol qulağının bir hissəsini dişləyib", - məlumatda qeyd edilib.
Hücum edənin şəxsiyyəti tez bir zamanda müəyyən edilib və məhkəmə təqsirləndirilən şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Müştəri