"2030-cu ilə qədər hər il 560 təbii fəlakət baş verəcək" - Hesabat

   "2030-cu ilə qədər hər il 560 təbii fəlakət baş verəcək" -    Hesabat
  02 Noyabr 2023    Oxunub:1779
2030-cu ilə qədər dünya üzrə hər il 560 orta və irimiqyaslı təbii fəlakətin olacağı proqnozlaşdırılır ki, bu da gündə orta hesabla 1,5 hadisəyə bərabərdir.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatında qeyd edilib. WMO-nun koordinasiyası, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox digər beynəlxalq təşkilatların töhfələri ilə hazırlanan "Sağlamlıq üçün İqlim Xidmətlərinin Durumu 2023" adlı hesabatı təşkilatın baş katibi Petteri Taalas paylaşıb.

Ekstremal hava şəraiti və pis hava keyfiyyəti yoluxucu xəstəlik variantları, qida və su təhlükəsizliyi ilə mübarizə şəraitində səhiyyə sektorunu dəstəkləmək üçün xüsusi iqlimlə bağlı məlumat və xidmətlərə ehtiyac yaradır. İqlim dəyişikliyi səhiyyə sahəsində əsas faktorlara zərər verir və sağlamlıq sistemlərinə təzyiqi artırır. Bu, xüsusilə ən həssas icmalarda insan sağlamlığını və rifahını yaxşılaşdırmaq üçün onilliklər ərzində əldə edilmiş tərəqqini geri qaytarmaq təhlükəsi yaradır.

Hesabatda iqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısının alınmasında erkən xəbərdarlıq sistemlərinin həyati təsirə malik olduğu və bunun qeyri-kafi olduğu ölkələrdə ölüm hallarının digər ölkələrlə müqayisədə 8 dəfə çox olduğu qeyd edilib. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) belə qənaətə gəlib ki, gələcəkdə daha intensiv və tez-tez baş verən həddindən artıq istilər, qasırğalar, fırtınalar, daşqınlar, quraqlıqlar və meşə yanğınları səbəbindən sağlamlıq riskləri artacaq. İqlim dəyişikliyindən ölüm hallarının 50 faizindən çoxu isə 2050-ci ilə qədər Afrikada olacağı təxmin edilir.

İsti dalğalar hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olduğu kimi havanın çirklənməsini də artırır. 2000-2019-cu illər arasında həddindən artıq istilər səbəbindən təxminən 489 min insanın öldüyü təxmin edilsə də, bu ölümlərin 45 faizi Asiyada, 36 faizi isə Avropada baş verib.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Taalas bildirib ki, 2023-cü ildə "El Nino" hava hadisələrinin başlaması temperatur rekordlarının daha da qırılması ehtimalını xeyli artıracaq. "Bu, dünyanın bir çox yerində daha çox istiləşməyə səbəb olacaq və okeanlarda bu problemi daha da böyüdəcək”.

İqlim dəyişikliyi ilə mübarizədə sərmayə və əməkdaşlığın artırılmasının vacibliyinə toxunan Taalas iqlim elmi və xidmətlərinin təsirini artıraraq bu mövzuda daha sürətli hərəkət etmək üçün böyük potensialın olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti