AzVision.az Asia One-a istinadən xəbər verir ki, cinayətkar oğurluq zamanı yuxuya gedib və polis onu rahat şəkildə taparaq saxlayıb.
Soyğunçu evə girən zaman mənzildə insanların danışdığını eşidib və qorxusundan ev sahibləri yatana qədər başqa otaqda gözləməli olub. Daha sonra o qiymətli əşyaları evdən çıxarmaq qərarına gəlib. Lakin onun planları həyata keçməyib. Oğru elə gizləndiyi otaqda yuxuya gedib.
"Ev sahibi yüksək səsli xorultu eşidib. O, həmin yad səsin ardınca gedərək otaqlardan birində tanımadığı kişinin yerdə yatdığını görüb. Bundan sonra çinli qadın polisə zəng edib", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az