99 yaşlı qadının üstündən avtobus keçdi, sağ qaldı - VİDEO

99 yaşlı qadının üstündən avtobus keçdi, sağ qaldı    - VİDEO
  29 Noyabr 2023    Oxunub:914
Rusiyada 99 yaşlı təqaüdçü gəzintiyə çıxan zaman bədbəxt hadisə ilə üzləşib.
Hadisə Moskva vilayətində baş verib. Vilayətin prokurorluğunun yaydığı məlumata görə, yaşlı qadını avtobus vuraraq xəstəxanalıq edib.

Yayılan videodan da aşkar görünür ki, sürücü Mojayskda qarlı havada yolu keçən təqaüdçünü görmədiyi üçün avtobusla üstündən keçir.
Mikroavtobus sürücüsü barəsində sağlamlığa ağır zərər vurmaqla nəticələnən yol hərəkəti qaydalarını pozmağa görə cinayət işi açılıb. Sosial şəbəkələrdə isə 99 yaşlı qadının belə ağır qəzadan sağ çıxması möcüzə kimi şərh edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti