Yeni günəş sistemi kəşf edilib

Yeni günəş sistemi kəşf edilib
  30 Noyabr 2023    Oxunub:2270
Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) və Avropa Kosmik Agentliyinin (ESA) astronomları Süd Yolu Qalaktikasında 6 planetin sinxron hərəkət etdiyi günəş sistemini müşahidə ediblər.
Astronomlar qeyd ediblər ki, yeni günəş sistemi milyardlarla ilr xarici amillərə məruz qalmadan və tam sinxronizasiyada hərəkət edərək mövcudluğunu qoruyub.

Günəş sisteminin tədqiqi üçün NASA-nın "Transiting Exoplanet Survey Satellite" (TESS) və Avropa Kosmik Agentliyinin CHEOPS Teleskopu istifadə edilib.

Yerin daxil olduğu Süd Yolu Qalaktikasında yerləşən bu günəş sistemi planetimizdən 100 işıq ili uzaqlıqdadır.

Tədqiqatçılar hesab edirlər ki, planetlər sistemin günəşindən yaşayış üçün əlverişli məsafədə olmadığı üçün orada həyat yoxdur. Sistemin mərkəzində yerləşən HD 110067 adlı günəşin başqa planetlərinin də ola biləcəyini düşünən tədqiqatçılar indiyə qədər kəşf edilən sistemlərin Günəş ətrafında tam dövrəsinin 9 ilə 54 gün arasında olduğunu qeyd ediblər.

Tədqiqatın müəlliflərindən olan Enrik Palle təxminən 50 sinxron günəş sisteminin kəşf edildiyini, lakin onların heç birində HD 110067 qədər planetin olmadığını bildirib. Kəşf nəticələri və araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti