"Ucuz bir markadan geyinsəm də..." - Xalq artisti

 "Ucuz bir markadan geyinsəm də..." -  Xalq artisti
  13 Dekabr 2023    Oxunub:1075
Xalq artisti Röya Ayxan müğənni Ayan Babakişiyevanın brend geyinən müğənnilərlə bağlı sözlərinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, “Söz baz” verilişinə müsahibə verən superstar həmkarının sözlərini bəyəndiyini deyib: “Eşitdim və xoşuma da gəldi. Ayanı onsuz da çox istəyirəm, maraqlı qızdır”.

R. Ayxanın sözlərinə görə, əslində brend geyinən başqa müğənnilər də var: “Amma bu onlarda, doğrudan da, görünmür. Mən isə populyar olmayan, ucuz bir markadan geyinsəm, o məndə marka kimi görünəcək. Məncə, ən önəmlisi onu daşıyanlardır. Düşünürəm ki, onu çox gözəl daşıyıram. Adam da var ki, marka geyinib, amma heç hiss etmirsən. Onu da əzməyə ixtiyarımız yoxdur”.

Xatırladaq ki, bir müddət əvvəl müğənni A. Babakişiyeva Azərbaycanda müğənnilər arasında Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, müğənni Gülay Zeynallı və özündən başqa bahalı brend geyinən sənətçinin olmadığını demişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti