Danimarkanın Kraliçası hakimiyyətdən gedir
52 ildir hakimiyyətdə olan Kraliça müraciətində taxtı oğluna - vəliəhd Frederikə təhvil verəcəyini elan edib.
Səksən üç yaşlı II Marqrete hazırda Avropada ən çox taxtda qalan qadın monarxdır. O, eyni zamanda, dünyada hazırda hakimiyyətdə olan yeganə Kraliçadır. II Marqrete 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxmışdı.
Kraliça hakimiyyətdən getmək barədə qərarın 2023-cü ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra qəbul olunduğunu açıqlayıb.
AzVision.az
Teqlər: