“Şeyx bilər, Allahı bilər”

“Şeyx bilər, Allahı bilər”
  14 Fevral 2013    Oxunub:2497
Əkrəm Əylisli bu barədə danışmaq istəməyib.
Yazıçı Əkrəm Əylisli Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının və Qazılar Şurasının onunla bağlı yaydığı bəyanat haqda danışmaq istəmir.
Fevralın 14-də “Media forum” saytının sualına cavab olaraq Əkrəm Əylisli deyib: “Mən buna münasibət bildirməyəcəm. Şeyx bilər, Allahı bilər”.
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası və Qazılar Şurası fevralın 13-də Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bəyanat yayıb. Bəyanatda Əkrəm Əylisli Allaha şərik qoşmaqda, onun hökmlərinə, “Quran”a, peyğəmbərə həqarətdə günahlandırılıb, islamdan xaric hesab olunub.



Teqlər:  





Xəbər lenti