“Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə dəvət etdik, gəlmədi”

      “Zərifə” vəfat edən “Rəşid” barədə:    “Filmin 50 illik yubileyinə dəvət etdik, gəlmədi”
  25 Yanvar 2024    Oxunub:1791
“Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən hamı mənə mesaj yazıb, başsağlığı verir. Yusif Şeyxova da yazdım ki, biz dostumuzu itirdik. Filmdən sonra biz çox yaxın idik, tez-tez görüşürdük. Onlar bizə gəlirdilər, biz onlara gedirdik”.
Bunu Moderator.az-a açıqlamasında “Sehirli xalat” filmində “Zərifə” rolunun ifaçısı Solmaz Hətəmova ötən gün dünyasını dəyişən həmkarı, “Rəşid” rolunun ifaçısı Azər Qurbanovdan danışarkən deyib.

“Filmin 50 illik yubileyində onu dəvət etdik, amma gəlmədi. Fikirləşirəm ki, bəlkə o vaxtı da xəstə idi. Bizə şəkil göndərdi, onda da sağlam adama oxşamırdı. Səhv etmirəmsə, anası sağ idi. Yaşı 90-nı keçib. Azərin 69 yaşı var idi. Bakıda yaşayırdılar. Moskvaya gedib təhsil aldı, sonra orada qalıb çəkildi. Məni də dəvət etmişdilər, “Odessa” kinostudiyasının lentə aldığı filmdə “Ərəb şəhzadəsi”ni oynayırdı. Çox təəssüf ki, son dəfə görüşə bilmədik. Təxminən 40 il idi ki, bir-birimizi görmürdük. Kaş bir dəfə görüşərdik, qismət olmadı. Bir müddət Almaz Mustafayeva ilə birlikdə Gənc Tamaşaçılar Teatrında çalışıb. Son dəfə onu görsəydim, soruşardım ki, nə edir, necədir, nə işlə məşğuldur? Sonuncu dəfə “O üz” verilişində biz bir araya gəldik. Yusif Şeyxov, Nazim Mustafayevlə görüşdük. Azər Qurbanov da onlayn müsahibə vermişdi. Müsahibəsində də bildirmişdi ki, məni də, Yusifi də çox istəyir”, - deyə sənətçi bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti