Texnologiyanın inkişafı hansı peşələri sıradan çıxaracaq?
O, qeyd edib ki, yaxın gələcəkdə qabaqcıl texnologiya və süni intellektin inkişafı ilə əlaqədar sürücü, tərcüməçi və hüquqşünasların sayı xeyli azalacaq. Hazırda bu sahələrdə çalışanların sayı hədsiz çoxdur. Sürücülər arasında ilk ixtisarlar isə yük daşıyanlar bağlı olacaq.
Akademik eyni zamanda bu peşələrin bir sinif olaraq tam yoxa çıxmayacağını, əksinə, vakant yerlərin azalmasının güclü rəqabətə səbəb olacağını izah edib. Krasnikov bu tendensiyanın təxminən beş ildən sonra müşahidə ediləcəyini proqnozlaşdırıb.
"Bu, bizim yaşamalı olduğumuz obyektiv reallıqdır. Lakin təkrar edirəm, biz indidən mümkün mənfi nəticələrə hazırlaşmalıyıq", - Rusiya Elmlər Akademiyasının prezidenti qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Texnologiya