Eyni vaxtda xəstənin beş orqanında əməliyyat apardılar

Eyni vaxtda xəstənin beş orqanında əməliyyat apardılar
  06 Fevral 2024    Oxunub:1361
Son dərəcə ağır vəziyyətdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib. 5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb.
Bu barədə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından məlumat verilib.

Qeyd edilir ki, əvvəllər bir neçə özəl xəstəxanaya müraciət edən və bu üsulda əməliyyatın qeyri-mümkünlüyü bildirilən 1955-ci il təvəllüdlü şəxs hazırda özünü yaxşı hiss edir: "Məlumat üçün bildirək ki, tibb müəssisəsinin II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən mədəaltı vəzin başının xərçəngi diaqnozu qoyulan xəstə üzərində distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub.

Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və bir neçə gün zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".
AzVision.az



Teqlər: Əməliyyat  





Xəbər lenti