Latviya Avropanın ən çox içki içilən ölkəsinə çevrilib - "Euronews"

Latviya Avropanın ən çox içki içilən ölkəsinə çevrilib    - "Euronews"
  08 Fevral 2024    Oxunub:1781
Avropa ölkələrində spirt istehlakının səviyyəsi durmadan azalır. Lakin bəzi ölkələrdə insanlar daha çox içməyə başlayırlar.
AzVision.az xəbər verir ki, bu barədə “Euronews” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa İttifaqının statistik xidməti Eurostat və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına istinadən məlumat yayıb.

Maraqlıdır ki, Avropanın ən çox içki içən ölkələri siyahısına Latviya başçılıq edir. 2020-ci ildə bu ölkənin 15 yaşdan yuxarı hər bir vətəndaşına 12,1 litr spirt istehlakı düşüb. Latviya 2010-cu ildən spirt istehlakının artdığı azsaylı ölkələrdən biridir. O zaman bu rəqəm adambaşına 9,8 litr olub. Həmçinin Polşa, Bolqarıstan, Rumıniya, Malta, Norveç, İtaliya və İslandiyada da insanlar daha çox spirtli içki qəbul etməyə başlayıblar.

2010-cu ildə adambaşına 13,5 litrlə Litva reytinqə başçılıq edib. İndi bu ölkə 15 yaş və yuxarı vətəndaşların 11,4 litr istehlakı ilə üçüncü yerdədir.

Yunanıstan, İrlandiya, İspaniya, Hollandiya, Finlandiya, Fransa, Serbiya, Belçika, İsveçrə, Xorvatiya, Danimarka, Avstriya, Lüksemburq, Portuqaliya, Almaniya və Kiprdə insanlar daha az içməyə başlayıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər: İçki   Latviya  





Xəbər lenti